Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş tarix dərsi

23 fevral 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tarix dərsi keçirildi.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş ”Əsrin faciəsi” adlı tarix dərsi keçirildi. Dərsdə “Dəfinə” məktəb liseyinin şagirdləri iştirak etdilər. Dərs Xocalı soyqırım qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova otuz il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən şagirdlər üçün geniş məruzə etdi. O, Xocalı faciəsini təkcə ildönümündə deyil, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə etdi.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva XX əsrin soyqırım və etnik təmizləmə tarixinə yazılmış qanlı səhifələrdən biri olan Xocalı faciəsi günahkarları mütləq tarix məhkəməsi qarşısında cavab verəcəklər deyərək, xalqımıza qarşı törədilən bu cinayətin siyasi müstəvidə tanıdılmasında fəal olmağımızın vacibliyindən danışdı.

Daha sonra məktəblilər Muzeydə və Qalereyada Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış oldular.

Keçidlər