Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
27 yanvar 2016-cı il tarixdə Masallı rayonu Çaxırlı kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oktay Cavadovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
O. Cavadov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, 2015-ci il Doğma Azərbaycanımızın yola saldığı uğurlu illərdən biri olmuşdur. 2014-2018-ci illərdə Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqlar uğurla yerinə yetiririlir. Bütün dünya öıkələrində gedən iqtisadi böhran ölkəmizə o qədərdə təsir göstərməmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlu olması nəticəsində Respublikamızın hər bir bölgəsində abadlıq və quruculuq işləri davam etdirilmışdir.
Rayonumuzda aparılan abadlıq-quruculuq işləri sahəsində Masallı gözəl yeni bir şəhərə çevrilmişdir. Xüsusi diqqət və qayğı sahəsində nəhəg tikinti işləri bu rayona salınmışdır. Bu il rayonda Tarix-Diyarşunaslıq muzeyi, İncəsənət məktəbi, ,,Asan Xidmət,, mərkəzi və Bayraq Meydanı tikintisinin açılışı olacaqdır. Buna görədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq bildiririk.
Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik mərkəzi Çaxırlı kəndi olmaqla, Çaxırlı, Kəlbəhüseyli, Sarıcəfərli, İmanlı və Bala Təklə kəndlərini əhatə edir. Ərazisi 2156 hektar, əhalisinin sayı 4858 nəfər, təsərrüfatların sayı 1152 olmaqla 830 yaşayış evi vardır.
Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012 –ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş ,,Yerli İcra Hakimiyyəti haqqında Əsasnaməyə ” uyğun olaraq qurmuşdur. Görülən işlər illik və rüblük iş planlarına əsasən müəyyən edilmiş müddətlərdə həyata keçirilmişdir.
”Dövlət hakimiyyəti orqanlarında idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydalari haqqında “təlimata və iş nomonkulaturasına uyğun olaraq nümayəndəlikdə qeydiyyat kitabları və sənədlərin saxlanması üçün qovluqlar açılmışdır.
Çaxırlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2015-ci ildə 72 sərəncam və 10 əmr verilmişdir. Sərəncamların mövcud təlimatlara uyğun tərtib olunmasına ciddi fikir verilmiş və onların icrasina ardıcıl nəzarət edilmişdir. Sərəncamlar əsasən əhalini narahat edən problemlər, ərazinin sosial iqtisadi inkişafı, təhsil, səhiyyə, abadlıq , ərazi nümayəndəliyi ilə bələdiyyənin birgə iş planının təsdiq edilməsi barədə, tarixi günlər, milli bayramların ərazidə keçirilməsi barədə olmuşdur.
2015-ci ildə ərazi nümayəndəliyinə 19 müraciət edilmiş, yuxarı təşkilatlardan 35 məktub daxil olmuş və yuxarı təşkilatlara və vətəndaşlara isə 107 məktub göndərilmişdir.
2015-cü ildə ərazidə baş vermiş 30 neqativ hadisə olmuşdur. Bunlardan 8 xəstəxana məlumatı , 19 məlumat 102 xidmətinə, 3 məlumat isə yanğınla bağlı olmuşdur ki, bu hadisələr barədə də informasiya verilmişdir.
Ərazi üzrə 2015-cü ildə Masallı RİH-ə 54 ərizə və müraciət daxil olmuşdur ki, bunlardan 22 nəfəri məktubla müraciət etmiş, 32 nəfəri isə RİHB-nın qəbulunda olmuşlar. Digər təşkilatlara müraciət olunmamışdır. Prezident Admistrasiyasına 4 müraciət olunub. Bunlardan ikisi Abbasov Nizami və Şahbazov Emil torpaqla əlaqədar ərizə, Kərimova Sevinc işlə təmin olunması barədə və Muradov Pənah Bala Təklə kəndinə qaz çəkilməsi ilə bağlı olmuşdur.
Ərazinin Bala Təklə kənd sakini Məmmədov Seyfəddin Rəsul oğlu və Çaxırlı kənd sakini Şahbazov Emil Şahbaz oğlu özbaşına əhalinin ümumi istifadəsində olan örüş sahələrini zəbt etmişlər. Yaradılmış komissiya üzvləri ilə birlikdə Bala Təklə kəndində örüşün zəbt olunmuş hissəsinin çəpəri sökülərək zəbtdən azad edilmişdir. Çaxırlı kəndində örüşün zəbt olunmuş torpağın çəpəri sökülmüş, lakin Emil Şahbazov təkrarən həmin sahəni zəbt etmişdir. Bu barədə Masallı rayon İH-ə, rayon Polis Şöbəsinə və rayon Prokurorluğuna məlumat verilmişdir. Bundan sonra Emil Şahbazov zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov aprel 2015- cü ildə Çaxırlı kəndində səyyar görüşü olmuşdur. Görüşdə vətandaşlar tərəfindən edilən müraciətlər kənd mərkəzindən keçən asfalt yolun bərpası, kəndin su kanallarının təmizlənməsi və Kəlbəhüseynli kəndində tibb məntəqəsinin tikilməsi olunmuşdur. Bundan başqa su kanalları təmizlənmiş, asfalt yol isə tam bərpa olunmamışdır. Tibb məntəqəsinin tikilməsi üçün AzKİL-lə danışıqlar aparılmışdır.
”Ailə“ Məcəlləsinin tələblərinə uyğun olaraq nümayəndəlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı aparılmışdır. Hesabat ilində ərazi nümayəndəliyində 47 doğum, 10 nigah, 27 ölüm faktları qeydə alınmışdır. Nigah qeydiyyatında müddət pozğunluğuna yol verilməmiş, nigaha girənlər tərəfindən sağlamlıq barədə arayışlar alınmış və rüsum haqları vaxtında ödənilmişdir.
Ərazi nümayəndəliyi tərəfindən azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü mütamadi tədbirlər həyata keçirilir, bu mövzuda məktəblərdə, ictimayyət arasıda söhbətlər aparılmış və yəğıncaqlar keçirilmişdir. Bunun nəticəsidir ki, ötən il ərazimizdə erkən nigahlar olmamışdır.
Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir. “ Təhsi Qanunun” dan irəli gələn vəzifələrin yerinə yetirilməsi nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır.
Ərazi nümayəndəliyi və bələdiyyə tez-tez məktəblərdə olur, dərsə dəvamiyyətə nəzarət edir və yanacaqla təmin olunmasında yaxından köməklik göstərirlər.
Ərazimizdə iki tam orta məktəb və iki ümumi əsas məktəb fəaliyyət göstərir. Çaxırlı kənd tam orta məktəbində 32 müəllim işləyir, 216 şagird təhsil almışdır. Cari ildə Çaxırlı kənd tam orta məktəbində 21 şagird məzun olmuş və onlardan 10 nəfər şagird ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar, Kəlbəhüseynli kənd tam orta məktəbində 38 müəllim işləyir və 229- şagird təhsil almışdır. Cari ildə Kəlbəhüseynli məktəbində 20 şagird məzun olmuş , onlardan 8 nəfər ali təhsil mətəblərinə daxil olmuşdurlar. Sarıcəfərli orta məktəbində –13 müəllim , 107- şagird , Bala Təklə orta məktəbində– 14 müəllim, 77 – şagird vardır.
Ərazimizdə Çaxırlı Tibb məntəqəsi və Kəlbəhüseynli feldşer məntəqəsi fəaliyyət göstərir. Çaxırlı Tibb məntəqəsində 3 həkim, 1 mama, 4 tibb bacısı çalışır. Kəlbəhüseynli feldşer məntəqəsində isə 1 həkim fəaliyyət göstərir. Onlar vaxtı-vaxtında xəstələri dispanser uçotuna alır, proflaktiq tədbirləri aparır, məktəblərdə şagirdlərin sağlamlıqlarını yoxlayır. Ötən il ərzində Həkim məntəqələri tətəfindən 600-ə yaxın peyvənd işi aparılmış, 1800 xəstəyə ambulator xidmət göstərilmişdir.
Ərazidə bir Yaradıcılıq evi və iki kitabxana fəaliyyət göstərir. Yaradıcılıq evində 3 nəfər, kitabxanada 4 nəfər işləyir. Kitabxanaya mütamadı olaraq yeni kitablar daxil olmuşdur. Kitabxananın fəaliyyətinin yaxşılaşdırılması üçün ərazi nümayəndəliyinin daim diqqət mərkəzində olmuşdur.
Vaxti ilə ərazinin əsas problemlərindən olan əraziyə elektrik enerjisi və təbii qazın verilməsi problemi demək olar ki, həll edilmişdir. Ərazinin 4 kəndi tam qazlaşdırilmış 750- yaxın abonent qazdan istifadə edir, 900-dən yuxarı abonent işıqdan istifadə etməklə ərazinin əhalisi hər ay işıq və qaz pullarını vaxtında ödəyirlər. Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Rafil Hüseynovun köməkliyi nəticəsində Bala Təklə kəndində qaz çəkilişi davam etdirilir.
Bütün evlərə elektrik və qaz sayğacları qurulmuşdur. Rayon Elektrik Şəbəkəsi tərəfindən ərazidə bir 160 klovatlıq yeni transformator qoyulmuş və 25 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəkləri dəyişdirilmişdir.
Ərazimizdə 1 poçt rabitə evi və 560 nömrəli 66-saylı ATS fəaliyyət göstərir. 150 internet istifadəçisi vardır. Orada 3 nəfər işləyir. Demək olar ki, ərazidə rabitə problemi yoxdur.
Hər il olduğu kimi ərazidə əsasən əkinçiliyə və heyvandarlığa geniş yer verilir. Hesabat ilində 1350 hektara yaxın şum vurulmuş, 800 hektara yaxın buğda əkilmiş, 200 hektara yaxın torpağa vələmir, 100 hektara arpa, 50 hektara kartof və son illər çiyələk sahəsinə gəlirli sahə kimi baxıldığı üçün Rayon rəhbəri cənab Rafil Hüseynovun tövsiyələrini nəzərə alaraq çiyələk sahəsi daha da genişləndirilmiş 40 ha çatdırılmışdır. 2015-ci ildə 1000 hektardan yuxarı əkilmiş sahələrə Dövlət tərəfindən subsidiyalar hesablanmış əhaliyə ödənilmişdir. Ərazidə iri buynuzlu mal-qara və xırda buynuzlu mai-qaranın sayı ilbəil olduğu kimi artmış, ana baş malın sayı 1870 başa, xırda buynuzların sayı 3500 başa çatdırılmışdır. Bütün bunlarda əhalinin yaxşı yaşamasına və ölkədə ərzaq bolluğu yaranmasına şərait yaradır.
Ərazidə sahibkarlığın inkişafına da qayğı və diqqət göstərilir. Hazirda 16 mağaza , 2 çayçı evi, 2 məişət obyekti, 2 iaişə obyekti, 3 süd toplama məntəqəsi və 3 maşın təmiri sexi əhaliyə xidmət göstərir.
Ərazimizdə Dövlət pensiya təminatı ilə əhatə olunmuş 800 nəfər pensiyaçı var. 3 şəhid ailəsi, 9 Qarabağ veteranı, 3 tənha qoca vardır. Rayon İcra Hakimiyyəti , Bələdiyyə və Ərazi Nümayəndəliyi tərəfindən ötən il Dövlət bayramları ərəfəsində bu kateqoriyalı insanlara bayram sovqatı verilmişdir.
Gənclərin hərbi xidmətə hazırlanması və yola salınması ilə bağlı bildiririk ki, Ərazidə və məktəblərdə vətənpərvərlik işləri yaxşı təşkil olunmuşdur. Bunun nəticəsidir ki, ərazidə 2015-ci ildə 38 nəfər hərbi xidmətə göndərilmişdir. Ərazidə çağırışdan yayınan heç bir gənc çağrışçı olmamışdır. Ərazi nümayəndəliyimiz hər il olduğu kimi bu ildə Masallı rayon Çağırış komissiyasının təşəkkürünü qazanmışdır.
Respublikanın hər yerində olduğu kimi noyabr ayında Dövlətimiz və Xalqımız üçün vacib olan bir seçki kompaniyası, Milli Məclisə deputat seçkiləri keçirilmişdir. Ərazimizdə də azad, tam şəffaf seçkilər keçirilmişdir.
Ərazi nümayəndəliyi və Bələdiyyənin köməkliyi nəticəsində Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli və İmanlı kəndlərində icma qurupu yaradılmış və AzKİL təşkilatı məhəllə daxili yollara 14,5 km-dən çoxunu çınqıl daşla qumlanmışdır. Ərazinin Bala Təklə kəndində yeni icma yaradılmış, yaxın günlərdə onların küçələrində 4 km məsafəyə çınqıl döşənəcəkdir. Rayon İH Başçısı cənab Rafil Hüseynovun köməkliyi nəticəsində Bala Təklə kəndinə qaz çəkilməsi işlərinə başlanmış və hazırda davam etdirilir. Kəlbəhüseynli kəndində məscidin həyətində 350 nəfərlik xeyir-şər məclisi üçün bina tikilib istifadəyə verilmişdir. Bir xeyriyyəçi tərəfindən Çaxırlı kənd qəbirstanlığınin girişinə piltə döşənilmiş və həyətində abadlıq işləri görülmüşdür. Kəlbəhüseynli kənddə tibb məntəqəsinin tikilməsi AzKİL təşkilatı ilə razılaşdırılmışdır. Ərazidə su ötürücü kanalların təmizlənməsi davam etdirilir. Çaxırlı kəndində məscidin həyətində inşa edimiş xeyir-şər məclisi üçün bina bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa ,,Çaxırlı İcması,, AzKİL təşkilatı ilə birlikdə Çaxırlı kəndində inqubator sexi artıq tikilmişdir və bu yaxınlarda əhalinin istifadəsinə veriləcəkdir.
Həmkəndlimiz Masallı rayon İdman və Gənclər idarəsinin işçisi Müşviq Qurbanov və Masallı Boks mərkəzinin müəllimi Telman Vəliyevin köməkliyi nəticəsində uşaqlar və gənclər güləş və boks məktəbinə cəlb olunmuşlar. Ərazidə 6 futbol meydançası və 4 valebol meydançası fəaliyyət göstərir. Ərazidə olan gənc idmançılar Rayon və Respublika yasrışlarında yaxından iştirak edirlər.
200-ə yaxın YAP üzvü olan partiyaçılar üzvlük haqqlarını vaxtında ödəyirlər. Gəncərin YAP sıralarına üzv olması işinə görə Ərazimiz ön sıralardadır.
2016-cı ildə Çaxırlı ərazisində görəcək işlər aşağıdakılardır. Bala Təklə kəndinin qazlaşdırılmasının başa çatdırılması və kənd arası yolların qumlanması, Çaxırlı kənd məscidinin həyətində tikilən xeyir-şər məclisləri üçün binanın tikintisini başa çatdırmaq, Çaxırlı kəndində inqibator sexinin tikintisini başa çatdırmaq və istifadəyə verilməsi, Kəlbəhüseynli kəndində tibb məntəqəsinin tikilməsi.
Nümayəndəliyimiz öz işini “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmaq, Azərbaycan Respublikasının Prezidentinin və Masallı Rayon İHB-nın əmr və sərancamlarını əldə rəhbər tutaraq, bundan irəli gələn vəzifələri həyata keçirilməsi və Dövlətimizin çiçəklənməsi üçün bütün səy və bacarıqlarımızı sərf edəcəyik.