Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam edir
Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu sahədə artıq Masallıda da ilk addımlar atılıb. Sahibkarlar öz təşəbbüsləri ilə yerlərdə yeni-yeni binaların bünövrəsini qoyurlar.
Masallı şəhər Qarabağ küçəsində 140 yerlik 4 nömrəli yeni körpələr evi — uşaq-tərbiyə müəssisəsinin tikintisinə 15 iyun 2021-ci il tarixdən başlanmışdır. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov (fotolar müəllifindir) xəbər verir ki, ikimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır. İnşaatçılar aqrtıq əsas tikinti işlərini görüb qurtarmışlar.
Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova tərəfindən inşa olunur.