Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Dini radikalizmlə mübarizlə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi" mövzusunda seminar-müşavirə

27 yanvar 2016 | 16:00

            27 yanvar 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizlə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi" mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə rayonun dini icmaların sədrləri, din xadimləri, ziyalılar, ağsaqqallar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə DQİDK-nin Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov açaraq bildirmişdir ki, rayonumuzda bütün dindarlar varislik ənənlərinə sadiqdirlər. Rayonda 64 dini icma qeydiyyatdan keçmişdir.
DQİDK-nin birinci müavini Səyyad Aran məruzə ilə çıxış edərək qeyd etmişdir ki, müstəqilliyimizi qazandıqdan sonra məscid və digər ibadət yerlərinin təmirinə dövlət tərəfindən diqqət və qayğı göstərilmiş, bunun bariz nümunəsi olaraq hazırda ölkədə 2223 məscid və digər dini ibadət yerləri fəaliyyət göstərir ki, bu da respublikamızın tolerant ölkə olduğunun təsdiqidir. Natiq Sovet dönəmindən fərqli olaraq mərasimlər üzərində qoyulan qadağalar aradan götürüldüyünü tədbir iştirakçılarına vurğuladı. Məruzəçi dinimizə qarşı olan radikal təriqətlərə qarşı mübariz olmağa çağırdı.
Seminar-müşavirədə Ərkivan Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, veteran müəllim Hacı Həmdulla Məmmədov, Banbaşı ərazisindən dindar Əzim Əzimov, Bədəlan ərazisindən dindar Mirhəsən Ağa  və başqaları çıxış etmişlər. Çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizdə tolerant mühitinin yaradılmasına dövlət qayğısından, bu istiqamətdə görülən çoxsaylı tədbirlərdən danışmışlar. Dini radikalizmə qarşı mübarizə üzrə görülən və görüləcək tədbirlər gündəmə gətirilmişdir.

Keçidlər