Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev Məktəbi və Gənclik“ mövzusunda elmi-praktik konfrans

28 yanvar 2016 | 16:00

28 yanvar 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Mərkəzin təşkilatçılığı ilə “2 fevral Gənclər günü“ ilə əlaqədar “Heydər Əliyev Məktəbi və Gənclik“ mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfrans “Heydər Əliyev Məktəbi və Gənclik“ mövzusunda videoçarxın nümayişi ilə başlanılmışdır.
Elmi-praktik konfransda məruzə ilə çıxış edən Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki, “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş ,hər bir gənc bizim üçün əziz,qiymətli və dəyərlidir”. Bu aforizm xalqımızın ulu öndəri,dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Ölkəmizə rəhbərlik etdiyi müxtəlif illərdə Heydər Əliyev böyüməkdə olan  gənc nəslə qayğını ön plana çəkmişdir. Azərbaycanı gənclər ölkəsi,gəncləri Azərbaycanın gələcəyi adlandıran ümummilli liderimiz Gənclər siyasətini ölkədə həyata keçirilən ümumi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu siyasət, bu münasibət və baxış mənəvi intelektual potensialın formalaşdırılmasına, peşəkar kadrların hazırlanmasına, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin ölkənin hər yerində irəli çəkilməsinə,quruculuq-yaradıcılıq sahələrində gənc nəslin imkanlarının artırılmasına  yönəldilmişdir.
Azərbaycan gənclərinin 1-ci və 2-ci forumlarında, 2 fevral Gənclər günündə və gənclərin iştirakı ilə keçirilən digər tədbirlərdə Ulu öndər gəncləri cəsarətlə irəli çəkməyi,gənc nəslə diqqət və qayğı ilə yanaşmağı  bütün dövlət orqanlarına tövsiyyə etmiş və demişdir ki : “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə  nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Son illər ölkəmizin bütün regionlarında gənclərlə işin canlanması,onların problemlərinin həll sahəsində bir sıra tədbirlərin görülməsi ilk növbədə  Heydər Əliyevin gəncliyə olan qayğısının nəticəsidir. Bütün bunlar sübut edirki,yeni müstəqil Azərbaycan dövlətinin qurulub,inkişaf  etməsində  Ulu öndər gənclərə inanmış və onlara arxalanmışdır. Müstəqilliyimizin qarantı olan  Heydər Əliyevin siyasi kursunu dəstəkləmək,onun idarəetmə məktəbini öyrənmək gənclərin əsas vəzifələrindən biridir. Ulu öndərin “ Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən  özünü fəaliyytətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da ailəsi haqqında da düşünməlidir. Ancaq hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir sözləri biz gənclərin üzərinə böyük məsuliyyət qoyur və yüksək amallar uğrunda fəal çalışmağa səsləyir. Buna görə də biz gənclər bu gün Heydər Əliyev məktəbinin siyasi kursunun davamçısı olan ,möhtərəm Prezidentimiz  İlham Əliyevlə birgə,bütün sahlərdə əl-ələ verib, dövlətimizin inkişafına dəstək olmalıyıq.
Görkəmli yazıçı V. Şekspirin “Hünər yüksəkliyə qalxmaqda deyil, hünər yüksəkliyi saxlamaqdadır” aforizmini özümüzə deviz seçərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda öz hünərimizi, cəsarətimizi, qüvvəmizi bir yerə toplayıb, həmişə həmrəy olduğumuzu sübut etməliyik.
Konfransda Masallı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Rəmziyə Yəhyayeva, Samirə Sabirli və başqaları Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının gənclərə olan diqqət və qayğısından, dövlət gənclər siyasətinin əhəmiyyətindən, hazırki dövrdə gənclərin aparıcı qüvvəyə çevrilməsindən və müxtəlif sturkturlarda gənclərə böyük önəm verilməsindən bəhs etmişlər.
Tədbirin sonunda konfrans iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

Keçidlər