Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
Z. Əbilov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, 2015-ci il Azərbaycan xalqı üçün uğurlu il olmuşdur. 2015-ci ilin əsas hadisəsi birinci Avropa Oyunlarının keçirilməsi oldu. Azərbaycan beynəlxalq əhəmiyyətli daha bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Ölkəmiz birinci Avropa Oyunlarını dünyaya təqdim etməklə yüksək təşkilatçılıq potensialını bir daha nümayiş etdirə bildi. İlk dəfə keçirilən bu Oyunların yüksək səviyyədə, əsl bayram əhval-ruhiyyəsində başa çatması Azərbaycanın təşkilatçılıq məsələlərinə görə dünya rekorduna imza atması kimi dəyərləndirildi. Biz həmin uğurların nəticəsini daim gündəlik həyatımızda hiss edirik.Buda çiçəklənməkdə olan Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir. Prezidentimizin bölgələrə səfəri yerlərdə xalq tərəfindən toy –busatla qarşılanır. Respublikada gedən abadlıq quruculuq işləri rayonumuzdada gedir. Rayon rəhbərliyinin rayonda gördüyü işlərə Masallılar kimi biz Lürənlilərdə də çox sevinirik.
Lürən kənd inzibati ərazi vahidi üç kəndi Lürən ,Pircana Yusifli kəndlərini əhatə edir.Kəndimiz rayon mərkəzindən 6 km məsafədə yerləşir.Ərazinin ümumi torpaq sahəsi 533 ha, əhalisi isə 506 təsərrüfat olmaqla 1792 nəfərdir.
Ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə Təsdiq edilmiş Yerli İcra hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq illik və rüblük iş planı əsasında qurmuş, rayon rəhbərliyi tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmək üçün çalışmışdır. 2015-ci ildə ərazi nümayəndəliyi 8 əmr və 74 sərəncam vermişdir. Verilmiş əmr və sərəncamların icrasına çalışılmışdır. Verilmiş sərəncamlar ərazidə fəaliyyət göstərən xidməti təşkilatların fəaliyyəti, Kənd təsərrüfatının inkişafı, narkomaniyaya qarşı ərazidə görülmüş işlər, azyaşlı qızların erkən nigaha girmələri ilə, məktəbin yeni dərs ilinə hazırliq vəziyyəti, 20 yanvar, Xocalı faciəsi, Azərbaycanlıların soyqrımı ilə, 15 iyun qurtuluş, Ramazan, Qurban, Novruz, Yeni il bayramları ilə, vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə əlaqədar verilmişdir. Ərazi nümayəndəliyi kargüzarlıq işlərini yerli icra hakimiyyəti haqqında əsasnaməyə əsasən həyata keçirmiş, nümayəndəliyə aid bütün kitablar açılmış və surquclanmış, nümayəndəliyə daxil olan və göndərilən sənədləri yığılmasından ötrü qovluqlar açılmışdır.
Ərazi nümayəndəliyində vətəndaşlardan daxil olan təklif,ərizə və şikayətlərə “ Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində baxılmış,daxil olan müraciətlərin vaxtında həll edilməsinə səy göstərilmişdir. 2015-ci ildə Ərazi nümayəndəliyinə vətəndaşlar tərəfindən beş ərizə və 17 şifahi şikayət və təklif edilmişdir.Daxil olmuş beş ərizənin dördü təsərrüfatdan ayrılmalar ilə bağlı, biri isə yaşayış evinə gedən yolun zibillənməsi ilə bağlı olmuşdur.Təsərrüfatdan ayrılmalar ilə bağlı ərizə ilə müraciət edən vətəndaşların hər birinin ərizəsi araşdırılmış,Komissiya tərəfindən aktlar tərtib olunmuşdur.Tərtib olunmuş aktlarda vətəndaşların təsərrüfatlarından ayrılmaları məqsədəmüvafiq hesab olunduğundan onların təsərrüfatlardan ayrılmaları haqqında sərəncamlar verilmişdir. Təsərrüfatbaşına kitabda onlar üçün yeni təsəttüfatlar açılmış və bu barədə vətəndaşlara arayışlar verilmiş,onlara məktub göndərilmişdir. Qalan bir ərizə ilə bağlı Ərazi nümayəndəliyinin və Bələdiyyənin köməkliki ilə şikayət öz həllini tapmışdır.
17 şıfahi şikayət və təklifdən ,3-ü qaz sayğacı ilə bağlı olmuşdur.Bunlardan ikisi sayğacın sıradan çıxması biri isə sızmayla bağlı olmuşçdur. Bu barədə qaz istismar idarəsinin Masallı rayon şöbəsinə məlumat verilmiş və sayğacdar pərpa olunmuşdur. 3 şikayət həyətyanı sahənin su basması ilə bağlı olmuşdur.Hər üç şikayətə vaxtında baxılmış ərazi nümayəndəliyinin və bələdiyyənin köməkliyi ilə məsələ həllini tapmışdır. 2 şikayət elektrik naqillərinin sıradan cıxması 1 şikayət telefon xətlərinin qırılması barədə olmuşdur.Hər üç şikayətlə bağlı lazımı təşkilatlara məlumat verilmiş şikayətlər öz həllini tapmışdır.1 şikayət vətəndaşın hədələnməsi ilə bağlı olmuşdur ki, buda söhbətlər əsasında müsbət hall almışdır.Qalan 7 şikayət mal-qaranın əkin və həyətyanı sahələrə girməsi ilə bağlı olmuşdur.Bu barədə mal-qara sahibləri ilə dəfələrlə söhbətlər aparılmış və onlara bildirişlər göndərilmişdir. Ərazi nümayəndəliyinə ayrı-ayrı təşkilatlardan 12 məktub daxil olmuş bu məktublar vaxtında həll olunmuş və işə alınmasından ötrü yekun arayışlar yazılmışdır.
Masallı RİH-nin başçısı cənab Rafil Hüseynov Lürən kənd inzibati ərazi dairəsində 07 oktyabr 2015-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirmiş və həmən görüşdə 80 nəfər vətəndaş iştirak etmiş , 5 nəfər cıxış edərək 1 təklif irəli sürülmüşdür. 4 çıxış görülən işlərə və vaxtaşırı görüşə görə minnətdarlıq olmuş. Qalan bir məsələ isə kəndin işməli su məsələsinin həll olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Qaldırılan məsələyə Rayon İcra hakimiyyətinin başçısı Cənab Rafil Hüseynov öz münasibətinin bildirmiş,Masallı rayonunda işməli su xəttinin çəkilməsi layihə üzrə həyata keçirilir və sizin kəndinizdə planda nəzərdə tutulduğunu qeyd etmişdir..
Onuda qeyd edim ki cari hesabat ilində RİHB-nın qəbulunda ərazimizdən 4 vətəndaş qəbulda olmuşdur.Müraciətlərdən biri maddi vəziyyətin aşağı olması barədə,bir müraciət Mahmudov Rəfail Tarix oğlu tərəfindən olmuşdur ki, O, ərazidə yeni inşa olunan tibb məntəqəsinin onun ərazisində tikilməsini bildirmişdir.Mahmudov Rafail Tarix oğlunun müraciətinə baxılmış ona kənd bələdiyyəsinə müraciət etməsi və qanun daxilində köməklil olunacağı bildirilmişdir.Bir müraciət Məmmədov Ramiz Məmmədağa oğlunun iş istəməsi barədə olmuşdur.Məmmədov Ramiz Məmmədağa oğluna ixtisasına uyğun iş təklif olunmuş,lakin əmək haqqı azlığına görə imtina etmişdir. Səfərov Allahverdi Nəsir oğlu isə yeni tikilən yaşayış evinə gedən yolun olmaması barədə müraciət etmişdir.Vətəndaşın müraciətinə baxılmış yeni inşa olunan yaşayış evinin paybəlli sahəsində tikildiyinə görə qanunsuz olduğu bildirilmişdir.
Ərazidən 2015-ci ildə vətəndaşlar tərəfindən yuxarı rəhbər orqanlara 9 müraciət ünvanlanmışdır. Bunlardan AR Prezident Administrasiyasına 3 Milli Məclisə 4, Baş Prokorluğa 1, biri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatına ünvanlanmışdır. Göndərilən müraciətlərdən 8 –i Ramazanlı Rüstəm Ramazan oğluna aiddir ki, o, ailə üzvləri ilə birlikdə paybəlli torpaqinin olmaması barədə müraciət etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki,Respublikada islahat gedən zaman Ramazanlı Rüstəm Ramazan oğlu ailəsi ilə birlikdə ərazidə qeydiyyatda olmamışdır.Bu səbəbdən də Ramazanlı Rüstəm Ramazan oğluna paybəlli torpaq verilməmişdir.Ona yazdığı şikayət məktublarının əsassız olduğu dəfələrlə deyilsədə lakin o, əsassız şikayət məktubunu yazmaqda davam etmişdir. Son müraciətində isə bələdiyyənin ehtiyat fondundan icarəyə torpaq istəməsi barədə olmuşdur.Müraciətinə baxılmış bələıdiyyəninn ehtiyat fondundan 1,00 ha torpaq sahəsi Ramazanlı Rüstəm Ramazan oğluna 1 illik müqvilə əsasında verilmişdir.
Vətəndaşların müraciətlərinin təhlili onu göstərir ki,haqlı müraciətlər araşdırılaraq qanunamüvafiq qayda da həll edilmişdir.Əsassız müraciətlər edən vətəndaşlarla dəfələrlə söhbət aparılmasına baxmayaraq belə müraciətlər davam etdirilir,bu da ərazimizin imicinə kölgə salır.
2015-ci il təsərrüfat ilində 88,75 ha sahədə payızlıq dənli paxlalı bitkilər əkılmişdir. Həmən sahələrdən orta hesabla bir hektardan təqribən 23 sentiner məhsul istehsal olunmuşdur. 2016-ci təsərrüfat ili üçün isə 80 ha sahədə buğda əkilmişdir.Ərazidə əkin sahəsinin genişləndirmək olardı. Lakin təəəsüflə bildirirəm ki, Pircana və Yusifli kəndlərində bir hektar belə taxıl əkilməmişdir. Odur ki, qalan sahələr ərazidə olan 710 baş iri buynuzlu, 640 baş xırda buynyzlu mal-qaranın yemə olan təlabatının ödənilməsindən ötrü qoruq kimi qorunub saxlanılır. Təqribi hesablamalara görə gündəlik ərazidə 700-1000 litr süd istehsal olunmaqla süd emalı zavodlarına satılır.
Kənddə rabitə ,səhiyyə, mədəniyyət, təhsil müəssələrinin fəaliyyəti daim diqqət mərkəzindədir.2007 ildə kəndimizdə 240 yerlik məktəb binası tikilib Istifadəyə verilmişdir.Bu məktəbdə 2015-ci ildə 208 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyyəsi ilə 24 müəllim məşqul olur.Sevindirici haldır ki,2015-ci ilin buraxılış ilində 7 nəfər ali məktəbə 1 nəfər orta ixtisas məktəbinə daxil olmuşlar. Məktəb duru yanacaqla qızıdırılır.Məktəbin yaxınlığından təbii qaz xətti keçməsinə baxmayaraq bu günə kimi məktəbin qazanxanasını təbii qazla təmin edə bilmirik. Xahiş edirik bu məsələnin həllındə bizlərə köməklik göstərilməsindən ötrü aıdiyyatı təşkilatlar qarşısında məsələ qaldırasınız. Təhsilin səviyyəsinin artırılması üçün kompleks tədbirlər həyata keçirilir.Məktəblilər arasında şagirdlərimiz idmanın növləri üzrə rayon birinciliyində daima iştirak edir. Tədbirdə iştirak edən valideyinlərdən xahiş edirəm ki, qızlarınızın gələcəyini düşünməklə onları azyaşlı ərə verməyin.2015-ci ildə Məktəb pedoqoji kollektivinin səyi və ərazi nümayəndəliyinin vaxtaşırı nəzarətinin nəticəsidir ki, şagirdlərin dərsə davamiyyətində müəyyən irəliləyişə nail olmuşuq. Buda bizi arxayınlaşdırmamalıdır. Bundan sonrada müvafiq tədbirlər görməklə təhsilin səviyyəsini yüksəltməliyik. Bu gün rabitə xidməti hər birimizin həyatında mühüm rol oynayır. Ərazidə hal-hazırda 85 abonentin evində internet xətti çəkilmiş və abonentlər bundan səmərəli istifadə edə bilmirlər.Buna səbəbdə ərazidə EATS-in olmamasıdır.Xahiş edirik bu məsələnin həllındə bizlərə köməklik göstərilməsindən ötrü aıdiyyatı təşkilatlar qarşısında məsələ qaldırasınız. Ərazidə poçt xidməti öz işini günün tələbləri səviyyəsində qurmuş və əhaliyə yüksək səviyyədə xidmət göstərir. 2015-ci ildə əhaliyə elektirik enerjisinin verlişində heç bir problem olmamışdır. Əhaliyə 24 saat elektirik enerjisi verilir və verilən elektirik enerjisinin haqqı əhali tərəfindən tam ödənilir.Hesabat ilində ərazidə qəzalı vəziyyətdə olan elektirik xətt dirəklərindən 6 ədədi dəyişdirilmişdir. Lakin ərazidə yenədə qəzalı vəziyyətdə olan elektirik dirəkləri vardır.Qəza vəziyyətində olan elektirik dirəklərinin dəyişdirilməsindən ötrü rayon paylayıcı elektirik şəbəkəsinin rəhbərliyi ilə söhbətlər aparılmış yaxın vaxtlarda da onların dəyişdirilməsinə nail olunacaqdır. Elektirik enerjisinin verlişində bəzə yersiz fasilələr olur. Bunada səbəb ərazidə olan 5 transfarmatorun heç birində ayrıcıların olmamasıdır. Əgər ərazidə kiçik bir hadisə olarsa bundan ötrü kənd bütünlükə enerjisiz qalmalıdır. Bu da əhali arasında narazılığa səbəb olur. Xahiş edirik bu məsələnin həllində bizlərə köməklik göstərilməsindən ötrü aidatı təşkilatlar qarşısında məsələ qaldırasınız.Ərazi təbii qazla 24 saat fasiləsiz təmin olunur,ərazidə olan tibb məntəqəsi primitiv binada yerləşməsinə baxmayaraq, Peyvəndlər vaxtlı- vaxtında aparılır, xəstəliklərin qarşısı vaxtında alınır.Sevindirici haldır ki,2015-ci ildə qaldırılan məsələlərdən biri də ərazidə tibb məntəqəsinin tikilməsi idi 2016-cı ilin birinci rübüudə tikintisinə başlanılmış tibb məntəqəsi istifadəyə veriləcəkdir. Ərazidə gənclərin Milli ordu sıralarına göndərilməsinə böyük diqqət verilir. Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış Dövlət Xidməti ilə ərazi nümayəndəliyinin birgə səy və işin nəticəsidir ki, ərazidə olan 6 nəfər çağrışçıdan 4 nəfəri hərbi xidmətə yola salınmışdır. Ərazidə hərbi xidmətdən qisməndə olsa yayılanlar vardır,onlarda xarici ölkədə yaşayanlardır. Hərbi xidmətə gənclərmiz yüksək əhval ruhiyyədə gedirlər.
Ərazidə şəhid, az təminatlı ailələrə, əlillərə və veteranlara qayğı heç vaxt unudulmur. Kəndimizdə 2 şəhid, 1 əlil , 1 Qarabağ müharibəsi veteranı, 1 Çernobol əlili, 1 Əfqanıstan müharibəsi iştirakçısı ailəsi yaşayır. Həmişə onlara lazımı köməklik, xüsusi diqqət və qayğı göstərilir.Belə ki, həmən ailələrə, imkansızlara rayon İHB-ı cənab R.Hüseynov , ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında bayram sovqatları və yardımlar olunur , bundan sonrada olunacaqdır.
2015- cü ildə ərazidə xeyli sayda abadlıq quruculuq işləri görülmüşdür. Bundan əlavə Ərazi nümayəndəliyinin və bələdiyyənin təşəbbüsü ilə Lürən-Pircana yolu cari təmir oluinmuş,ərazinin su aparıcı kanalları təmizlənmişdir.Azərbaycan 2 –ci kənd investisiya lahiyəsi əməkdaşları ilə kənd camaatı ilə görüş keçirilmiş,əmakdaşlığımızı davam etdiririk yaxın günlərdə ərazidə 6.5 km yol çınqıl daşla döşənəcəkdir.
2015-ci ildə ölkəmizdə böyük kompaniya- Milli Məclisə seçkiləri keçirilmişdir. Respublikanın hər yerində olduğu kimi seçkilər bizim ərazidədə yüksək səviyyədə keçirilmişdir. Kənd əhalisi seçki məntəqəsinə gələrək öz səslərini layiqli namizədlərə verməklə bir daha sübut etdilər ki Lürən kənd sakinləri dövlətçiliyimizə sadiq insanlardır.
Ərazi nümayəndəliyi Sizləri və rayon rəhbərliyini əmin edir ki, nümayəndəlik öz işini günün tələbləri səviyyəsində quraraq ərazidə əhalinin sosial rifah halının yüksəlməsi üçün bundan sonrada bütün imkanlarından bacariqla istifadə edəcəkdir.