Şriftin ölçüsü :

Saytın rəngi :

“Masallı” voleybolçuları ölkə çempionatında liderliyi qoruyur

09 mart 2022 | 16:00

Komanda I liqa yarışlarında “B” qrupunda liderdir

Kişi voleybolçular arasında Azərbaycan çempionatı üzrə I Liqasında VIII turun oyunları keçirilib.

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə növbəti turun matçları “Murov”un idman zalında təşkil olunub.

«B» qrupunun lideri “Masallı” “Veteranlar” komandası ilə görüşüb. Qarşılaşmada 3:1 hesabı qeydə alınıb. Masallı idmançıları 3 xalı 4 setlə (21:25, 27:25, 25:22, 25:17) əldə ediblər.
Məlumat üçün bildirək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparırlar. Ardınca I liqanın pley-off mərhələsi keçiriləcək.

VIII turdan sonra «B» qrupunda turnir cədvəli belədir: “Masallı” – 16 xal, “Azərbaycan Ali Hərbi Məktəbi” – 14, “Ryuqa” –11, “Veteranlar” – 7, “Aura” – 0

Keçidlər