Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzində bir qrup tələbə-könüllünün təltifetmə tədbiri

10 mart 2022 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllünün təltifetmə tədbiri keçirilib.


Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi və könüllülər iştirak ediblər.

Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda Şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mərkəzin əməkdaşları Şəfa Xəlilova və Gülcahan Vəkilzadə Masallıda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, həmçinin rayonumuzda gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən, yeniyetmə və gənclərin bilik və bacarıqlarının dəstəklənməsindən danışıblar. Qeyd olunub ki, Masallı rayon Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və fəal könüllülərin dəstəklənməsidir.

Tədbir çərçivəsində könüllülər fəaliyyətlərinin bir illiyi münasibətilə “Sertifikat” və “Təşəkkürnamə”lər ilə təltif ediliblər.

Mərkəzin kollektivi könüllüləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Keçidlər