Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda mühazirə

16 mart 2022 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin fəal könüllüləri üçün “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda mühazirə oxunub.

Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş Vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda misilsiz xidmətlərindən ətraflı danışıb.

Daha sonra G. Vəkilzadə gənc könüllülərə rayon Heydər Əliyev Mərkəzi barədə məlumat verib. O, bildirib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Keçidlər