Viləş kəndi ərazisində səyyar-görüş qəbulu
16 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Viləş kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Ağayev Allahverdi Ataş oğlu, Hacıyev Hüseyn Şahmurad oğlu, Məmmədova Aybəniz Eldar qızı, Binyətov Fəxrəddin Ağamoğlan oğlu, Abiyev İlqar Fazil oğlu, Hacıyev Elnur Əliyoldaş oğlu və başqaları məktəbə gedən yola asfalt vurulması, xəstə övladının müalicəsi üçün maddi köməkliyin göstərilməsi, qonşusu ilə mübahisəli paybəlli torpaq sahəsinin səddi ilə bağlı və s məsələlər barədə müraciət etmişlər.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.