Şriftin ölçüsü :

Saytın rəngi :

Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

28 yanvar 2016 | 16:00

28 yanvar 2016-cı il tarixdə Masallı rayonu Türkoba kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizovanın “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
L. Əzizova hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, Respulikaməzda  əsasını   ulu öndər  Heydər Əliyev  tərəfindən  qoyulmuş ,  hörmətli Prezidentimiz canab   İlham  Əliyev  tərəfindən davam  etdirilən  uğurlu   siyasət  nəticəsində , yola  saldığımız 2015-ci il  ölkəmiz üçün   yadda qalan  bir  il  oldu . 2015-ci  ildə   dünyada  qeyri- müəyyən , çətin  proseslər  getməsinə  baxmayaraq  ölkəmiz  öz  siyasətini   qoruyaraq daha da  inkişaf etdi.
   2015-cü ildə rayonumuz üçün də iqtisadi inkşaf, abadlıq və quruculuq ili olmuşdur. Belə ki, xəstəxanalar, məktəblər, uşaq bağçaları təmir olunmuş, yollar asfaltlaşdırılmışdır. Masallı rayon Mərkəzi  xəstəxanasının  təmiri  davam  etdirilir, ASAN  Xidmət    regional  mərkəzinin, rayon Məhkəməsinin  inzibati  binasının, Mühafizə  xidmətinin  inzibati  binasının  tikintisi  davam edir. Masallı şəhərində  rayon  Tarix-diyarşünaslıq müzeyi , Uşaq incəsənət  məktəninin inşası  tamamlanmaq üzrədir. Hazırda  Dəlləkoba , Köhnə Züvand  kəndlərində, hənçinin  ərazimizin Şatıroba  kəndində  müasir  tipli məktəb  binalarının  tikintisi  davam edir.    Bütün bu görülən işlər xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Görülən bütün işlərə görə  Türkoba kənd  ərazi sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı,  bu işlərin görülməsində  biləvasitə əzmkarlıq göstərən hörmətli başçımız cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
Türkoba kənd inzibati ərazi dairəsi, mərkəzi Türkoba kəndi olmaqla 3 yaşayış məntəqəsini: Türkoba, Qəzvinoba və Şatıroba kəndlərini əhatə edir.
Ərazinin ümumi sahəsi 1061 ha, əhalisinin sayı 6200,  təsərüfatların sayı  1582  olmaqla , 1210  yaşayış ev vardır.
     Türkoba inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təstiq edilmiş Yeni icra hakimiyyəti haqqında əsasnaməyə uyğun olaraq  qurmağa çalışmışır. Nümayəndəlikdə illik  və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. 
  Nümayəndəlikdə   kargüzarlıq işlərinin  aparılması   Dövlət  hakimiyyəti  orqanlarında idarə, təşkilat   və  müəsisələrində  kargüzarlığın  aparılması  qaydaları  haqqinda  qanunun tələbləri   səviyyəsində aparmağa  çalışmış, iş  planına  uyğun  olaraq nümayəndəliyin səlahiyətləri  daxilində  71 sərəncam verilmişdir. İllik iş planlarında nəzərdə tutulmuş   bütün   maddələrin  icrası  təmin  edilmişdir. Verilmiş sərəncamların icrası ilə əlaqaqdar tədbirlər planı hazırlanmış   aidiyyəti şəxslərlə tanış  edilmişdir.
Muxtəlif  təşkilatlardan  nümayəndəliyə  58  məktub  daxil olmuşdur,  digər  təşkilatlara   181 məktub  göndərilmişdir. Daxil olmuş   sənədlər   təlimata uyğun  olaraq  dərkənar qoyulmuş, qeydiyyata  alınmış, məlumat  tələb olunanlara cavab hazırlanaraq  göndərilmişdir. Göndərilən  sənədlərin qeydiyyatı  kitabı  və  sürətlərin  saxlanması  üçün  qovluq  açılmışdır. 
Nümayəndəliyə 2015-cü ildə  41   yazılı  36   şifahi müraciət daxil olmuşdur. Daxil olmuş 32  yazılı müraciətlər vətəndaşların təsərüfatdan ayrılması barədə olmuşdur.   37 şifahi müraciətdən ünvanlı sosial yardımla bağlı  6 , həyətyanı və pay torpaqların zəpt olunması ilə bağlı  7, maddi yardımla bağlı 5, ailə münaqişəsi ilə bağlı  3, fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması ilə bağlı 1,həyələrin  su basması ilə əlaqədar 11 və müxtəlif səpkili 4 müraciət olmuşdur. Həyətləri su basması ilə əlaqar müraciətlər araşdırılmış akt tərtib olunaraq FHN Cənub Regional Şöbəsinə göndərilmişdir. Müraciətlərə baxılması barədə şifahi qeydiyyat kitabında icra barədə qeydlər  edilmişdir.
Nümayəndəlik tərəfindən    ərazidə  yaşayan  vətəndaşlara  1043 ədəd  arayış   və  digər  xarakterli   sənədlər  verilmişdir. Verilmiş  arayış  və  sənədlər  normativ- hüquqi  aktlara  istinad  olaraq  verilmişdir.
    Nümayəndəlikdə   vətəndaşların  müraciətlərinə  Vətəndaşların  müraciətləri  haqqına    Azərbaycan  Respublikası  Qanunun  tələbləri  səviyyəsində  baxılmışdır.                                                             
    Yerli   İcra  hakimiyyəti   haqqında  Əsasnamə yə   və  Azərbaycan   Respublikasının  Ailə  Məsəlləsinə  əsasən   nümayəndəlik  tərəfindən   vətəndaşlıq   vəziyyəti  aktlarının   dövlət  qeydiyyatı  aparılmışdır. Türkoba  kənd  inzibati  ərazi  dairəsi üzrə   nümayəndəliyində   2015-ci ildə  70  doğum,   16  nigah , 31  ölüm   faktlarının   qeydiyyatı  aparılmışdır.  Nigah   faktlarının qeydiyyatı  zamanı  heç  bir  müddət  pozlmasına  yol  verilməmiş , rüsüm  haqqları   vaxtında   ödənilmişdir.2015-ci ildə   büdcəyə    80  manat rüsüm  köçürülmüşdür.
   Ailə  Məcəlləsini əsas tutaraq  ərazidə  azyaşlı  qızların   erkən  nigahının   qarşısının   alınması nümayəndəlik  tərəfindən   bir vəzifə  olaraq   daim diqqət  mərkəzində  olmuşdur. Azyaşlı qızların  erkən  nigahın qarşısını  alınmaq    məqsədi  ilə kənd  ağsaqqalların, kənd həkim məntəqəsinin, sahə rəisinin, məktəb direktorlarının  köməyindən  istifadə  edib  marifləndirməkdən  ötrü onların  valideyinləri ilə  görüşüb  təbliğat işləri  aparılır. Qarşısını ala  bilmədikdə Masallı rayon icra hakimiyyətinin inzibati komisiyaya və hüquq mühafizə  orqanlarına  məlumat  verərək   qarşısı  alınır.
     Masallı rayon İHB-nın  2015-ci ildə  Türkoba  kəndində  ərazinin ziyalıları, ağsaqqlları, ictimayəti  ilə  səyyar  görüşü  zamanı  azyaşlı qızların  erkən nigaha  girməsi ilə  bağlı sərt mövqe qoymuş və lazımı tövsiyə  və  tapşırıqlarını  vermişdir.  Verilmiş tapşırıqları   və  qanunçuluğu   rəhər  tutaraq  ərazimizdə  erkən  nigaların  qarşızını  almaq daim diqqət  mərkəzində  olacaqdır.
     Ərazi  nümayəndəliyində  Təsərüfatbaşına  kitablar Azərbaycan  Respublikası  Dövlət Statistiuka  Komitəsinin 05 may 2010-cu il tarixli 17/11  nömrəli  sərəncamı ilə  təstiq  edilmiş  təlimatın  tələbləri  səviyyəsində  işlənməsinə çalışmışdır. Nümayəndəlik  tərəfindən  ərazidə  fərdi  yaşayış   evlərinin təsərrüfatbaşına  qeydiyyat  kitrabı , habelə  Azərbaycan   Respublikası   seçki   məcəlləsinin   müvafiq  maddələrinə  uyğun olaraq , aktiv  seçici  hüququna  malik  olan  seçicilərin siyahısı , həmçinin  Respublkiadan  kənarda  yaşayan  seçicilərin  siyahısı  dəqiqləşdirilir.
    Türkoba kənd inzibati ərazisində 1 tam orta, 2 ümumi orta məktəb fəaliyyət  göstərir. Şatıroba  kəndində müasir tipli məktəbin  tikintisi  surətlə   davam  edir. Tezliklə  tikintisi  başa  çatdırılıb   şagirdlərin  istifadəsinə  veriləcəkdir.Hər üç məktəbdə  74  müəllim  heyyəti çalışır və 694 şagird təhsil alır. 2015-cü ildə Türkoba kənd tam orta məktəbinin 39 məzun bitirmiş bunlardan 5 məzun ali məktəbə,  4 məzun orta ixtisas məktəbinə daxil olmuşdur.
Sevindirici  haldırki,  bir  məzunumuz  Hüseynzadə  Nihad  Xosrov  oğlu   647  balala   Tibb  Unverestetinə qəbul  olunmuşdur,  rayon  icra  başçısı   tərəfindən  mükafatladırılmışdır.   
   Ərazimizdə     Qarabağ  döyüşlərində  6  gəncimiz   şəhid olmuş  5  gəncimiz  isə  əlil olmuşdur.  Şəhid  ailələri  və  Qarabağ   əlilləri   daima  diqqət  mərkəzindədir.  Bayramlarda   və  anım  günlərində  onlara  baş  çəkilr, maddi  və   mənəvi  yardım   göstərilir. Nümayəndəliyin  ən  mühüm   işlərindən  biri  də   gənclərin  Milli  Ordu  sıralarına   hazırlanıb  yola salınmasıdır. Gənclərlə aparılan proflaktiki izahat və ideya siyasi tərbiyəvi işlər  nəticəsində hazırda  28  gəncimiz   Milli  Ordu  sıralarında  öz  müqəddəs   borcunu  şərəflə  yerinə  yetirir.  Lakin  bütün  səylərimizə  baxmayaraq  bəzi  valideyinlər   övladlarını   hərtbi xidmətdən yayındırmağa  çalışır.Çağırışa  vaxtında  gətirmir ,  vətən  qarşısında   borclarının  yerinə  yetirməyə  laqeyid  münasibət  bəsləyirlər.
    Ərazimizin  Türkoba  kəndində Rayon  İcra  Hakimiyyətin  başçısının köməyi   nəticəsində  Azərbaycan   Kənd  İnvestesiya Lahiyyəsinin 2  xətti ilə  tikilmiş,  hər  cür   şəraiti  olan geniş, müasir tələblərə cavab verən Həkim məntəqəsi kənd  sakinlərin  istifadəsindədir.  Burada   mütəmadi  olaraq   əhaliyə  tibbi  yardım   göstərilir, muxtəlif  yaş  quruplarında  olan  uşaqlara  peyvənd  edilir və  digər  səhiyyə  xidmətləri  göstərilir. Şatıroba  kəndində   ferşel-mama  məntəqəsinin  binası  olmadığından 3 nəfər  işçisi ilə köhnə  uşaq  bağçasının  binasında  kiçin  bir  otaqda  fəaliyyət  göstərir. Çalışacağıq ki , 2016-cı  ildə  ferşel-mama  məntəqəsinin  binasının  tikintisinə  nail olaq.
     Ərazimizin  Türkoba  və Qəzvinoba   kəndlərində  2  kitbaxana  oxucuların   istifadəsindədir.Türkoba  kənd  kitabxanası  Türkoba   kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyin  binasında  yerləşir.Qəzvinoba kənd kitabxanası  isə  Qəzvinoba kənd   keçmiş sovxoz  binasında yerləşir.  Kənd  ktabxanaları  işini  günün  tələləri  səviyyəsində  qura  bilmişlər.
  Ərazidə  əhalinin  əsas  fəaliyyətini  əkinçilik və  heyvandarlıq  təşkil edir.  Hesabat  ilində  təsərrüfatda   iri  buynuzlu   mal-qaranın  sayı 4700, xırda  uynuzların sayı 2300 baş  olmuşdur.    
Ərazimizdə  Türkoba  kəndində 206 ha, Şatıroba  kəndində 197 ha və Qəzvinoba  kəndində 198 ha  pay  torpaq sahəsi  verilmişdir.  Pay  torpaqlarımızın  böyük bir  hissəsi  ərazimdən  7  km  uzaqda   olmnası  və  eyni  zamanda  yay  mövsümündə  suyun  olmaması  və qış  mövsümündə  maşınların    gedə  bilməməsi  nəticəsində   kənd  əhalisi həmin  torpaqlardan  əkin  sahəsi kimi  istifadə  edə  bilmirlər.  Bu  sahələrdən  yalnız  otlaq  sahəsi  kimi  istifadə  olunur.
  Ərazidə nümayəndəliyi  qanunvericilin  qorunması ,  torpaqlqrdan    təyinatı  üzrə  səmərəli istifadə olunasından   ötrü   əzarimizdə   qanunsuz  tikinti  aparan  vətəndaşlara  xəbərdarlıq  edlmişdir.Lakin buna baxmayaraq  bu  sahə də  nöqsanlarımız  olmuşdur.  Günün  ən aktual  məsələlərindən sayılan torpaqlardan  təyinatı üzrə istifadə  olunmamış, pay torpaqlarda   fərdi  yaşayış evləriun  tikintisi  dayandırılmış və  barədə  İcra  hakimiyyətində  fəaliyyət  göstərən  inzibati  komisiyaya   məlumat  verilmiş  və  qarşısı  alınmışdır. 
Respublika  Prezidenti  canab İlham  Əliyevin   2015-ci  ildə , keçmiş  sovxoz  və  kolxozlar  tərəfindən  verilmiş  aktlar bə digər  ilkin  sənədlər üzərində  çıxarışların  verilməsi üçün sərəncam imzalamışdır. Qanunun qəbulu və həyata keçirilməsi ərazi  nümayəndəliyinin  və  bələdiyyənin  torpaqlardan   istifadə  ilə  bağlı  işini  asanlaşdırmışdır .
Ərazimizdə əhalinin  əsas   məşquliyyətini  əkinçilik  heyvandarlıq  təşkil  etməsinə  baxmayaraq  ərazimizdə  sahibkarlıq   son  zamanlar  geniş  fəaliyyət  göstərir . Boradigah Lənkəran  şose  yolunun  ərazimizdən   keçən  hissəsində  yol boyunca  salınan  ticarət  mərkəzləri  və  digər  xidmət   obyektləri hər  cür  ərzaq sənaye , tikinti  inşaat  materiallarının  satışı  bir  daha  kənd  əhalisinin  yaxşı  yaşaması  üçün şərait  yaradır.  Ərazimizdə  2 şadlıq  evi, 2 aptek, 38  ticarət obyekti, 3  çörək bişirmə  sexi,  2 qadın  gözəllik salonu, 7  bərərxana , 16  çayxana , 4 qapı-pəncərə  sexi , 500kv m sahədə pamidor  yetişdirmək  üçün istixanə  fəaliyyət  göstərir ki, bu  obyektlərdə  də  150  -yə  yaxın  işçi  çalışır.
Bildiyimiz  kimi   1 noyabr  2015-ci il  Milli  Məclisə  seçkilər  keçirilmişdir. Nümayəndəlik  tərəfindən  Yerli İcra hakimiyyətiləri  haqqında  Əsasnaməyə   uyğun  olaraq  məntəqələr  texniki  avadanlıqla  təmin  edilmişdir. Seçicilərin  seçki  məntəqələrinədə    səs  verməsinə  rahat  şərait  yaradılmışdır. Seçkidə  ərazimizin  seçiciləri  fəal  iştirak  etmişdir.
Əhalinin  poçt-rabitə  xidmətinin yaxşılaşdırılması üçün  abanentlər  Boradigah Elektron ATS-nə  birləşdirilmişdir. Hazırda  ərazidə    abanoment  telefon  xidmətindən istifadə edir. Xidmətlərin daha  da  yaxşılaşdırılması  üçün  yeni  ateist  binasının  tikilməsinə  ehtiyac  vardır.    
   Yola saldığımız  2015-cü ildə Respublikamızda   və   rayonumuzda   görülən  işlərlə  yanaşı  Türkoba ərazisində  də  müəyyən işlər  görülmüşdür. Belə ki, Şatıroba kəndində   müasir  tipli  ümumi orta  məktəb  binasının   tikintisinə  başlanmış , hazırda  tikintii davam  edir, tezliklə  Şatıroba  kənd  uşaqlarının  istifdəsinə  veriləcəkdir.
   Rayon İcra Hakimiyyətin başçısının köməyi  nəticəsində Azərbaycan Kənd  İnvestesiya Lahiyyəsinin xətti ilə ərazimizdə Qəzvinoba icması  yardılmışdır. İcma qurupunun və kənd əhalisinin  təklifinə əsasən  Qəzvinoba kənd  ara  yolların  3500 m  hissəsinə, kənd qəbristalığa  gedən 1000 m  yola çınqıl  döşənmiş qəristanlığın hasarlanması   işi davam  etdirilir. 
   Bizi  narahat edən yağış sularının rahat  axıb  getməsindən ötrü   Azərbaycan   Kənd  İnvestesiya Lahiyyəsinin xətti ilə  ərazimizdə 9 min metr su aparıcı   kanallar   təmizlənmişdir.
     Boradigah-Lənkəran şose yolu boyunca Türkoba ərazisindən  keçən 500 m hissəsində işıqlandırma  sistemi quraşdırılmış, ərazinin muxtəlif  yerlərində 120-a  qədər  ağac  əkilmişdir.  Bu iş  bu gün  də  davam  etdirilir. Görülmüş  işlər  bunda  sonra    davam   etdiriləcəkdir.
  2016-ci ildə qarşımızda duran vəzifələr daha böyükdur. Ərazimizdə uşaq bağçasının olmaması əsas problemlərimizdən biridir.  Şatıroba  kəndiundə  olan  uşaq bağçasının binasının təmirinə  və Türkoba kənd tam orta məktəbi  təmiri, kəndində yeni uşaq  bağçasının və  ateis  binasının  tikilməsinə  ehtiyac  vardır.
İcazə  verin  sizi əmin edim ki, Türkoba kənd inzibti ərazi  dairəsi üzrə  nümyəndəliyi, Azərbaycan Respublikası Prezdentinin  Fərman və  sərəncamlarını, rayon icra  hakimiyyəti  başçısının əmr, sərəncam və tapşırıqlarını, yerli icra  nümayəndəliyin  səlayətlərini  layiqincə  yerinə  yetirilməsinə  səylə  çalışacağıq.

Keçidlər