Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəni sevmək hər kəsin borcudur” adlı tədbir

17 mart 2022 | 16:00

17 mart 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında hərbi vətənpərvərliklə mövzusunda “Vətəni sevmək hər kəsin borcudur” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən kitabxana əməkdaşı Rasif Dadaşov yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasından danışıb. Qeyd olunub ki, məhz buna görədir ki, bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz dərindən öyrənilir. Gənc nəsil Vətənə, yurda məhəbbət ruhunda tərbiyələndirilir. Sonra çıxış edən kitabxananın digər əməkdaşı Bilqeyis Məmmədova məruzə ilə çıxış edərək diqqətə çatdırıb ki,millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, R.Dadaşov daha sonra qeyd edib ki, ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi Ümummilli Lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur.Ulu Öndər gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət ayırırdı.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Bu gün Ulu Öndərin uzaqgörən siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mütəşəkkil şəkildə davam etdirilir. Gənc nəslə dövlət səviyyəsində göstərilən qayğı uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradıb. Hazırda Azərbaycan milli ordusunda on minlərlə gənc vətənə sədaqətlə xidmət edir. Bunun bariz nümunəsidir ki, düşmən tapdağı altında olan torpaqlarımız mərd oğullarımızın hünəri sayəsində azadlığını qovuşdu. Dövlətimiz öz ərazi bütövlüyünü təmin etdi.

Keçidlər