Şriftin ölçüsü :

Saytın rəngi :

«Narkomaniya və erkən nikaha son, radikalizmə qarşı mübarizə»

17 mart 2022 | 16:00

Şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə "Narkomaniya və erkən nikaha son, dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

Maarifləndirmə tədbirində Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aybəniz Qafarova, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, xidmət üzrə rəis müavini, polis mayoru Elşən Talıbov, rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov, şəhər 1 saylı tam orta məktəbinin direktoru Mehriban Sultanova, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda narkomaniyanın zərərləri və erkən nikahın yarada biləcəyi fəsadlardan, eləcə də dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə gənc nəslin rolundan, bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb.

Sonda mövzu ətrafında müzakirələr olub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər