Şriftin ölçüsü :

Saytın rəngi :

,,Vətənin yaz müjdəçiləri “adlı tədbir

18 mart 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və ,,Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai birliyinin sədri Fidan Abbaslının birgə təşkilatçılığı ilə ,,Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti ,,Vətənin yaz müjdəçiləri “adlı tədbir keçirildi. Novruz bayramı münasibəti ilə keçirilən tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, şəhid ailələri, qazilər, mədəniyyət nümayəndələri iştirak etdilər.
İlk öncə Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını Bayram münasibəti ilə təbrik etdi. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına əsgər və zabitlərimizin cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir dedi. Bütün dünyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər olsa da ,ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmır. Xalqımıza baş ucalığı ,azadlıq bəxş edən oğulların onların ailələri və övladlarına qayğı ilə yanaşmaq isə bizlərə bir borc olmalıdır söylədi.
İki şəhid anası Ziba Əsgərli övlad, oğul itgisi nə qədər ağır olsa belə, bütün qəhrəman oğullarımla qürur duyuram, bizlərə göstərilən diqqət və qayğıya görə isə dövlətə və onu icra edən hər bir kəsə şəhid anaları adından təşəkkürümü bildirirəm dedi. Eyni zamanda Ziba ana hamını bayram münasibəti ilə təbrik etdi.
Sonra Qarabağ vetetanı Camaləddin Məmmədov döyüş xatirələrindən danışaraq qeyd etdi ki, bu gün biz döyüşlərdə iştirak edən hər bir qəhrəman qardaşlarımızla qürur hissi keçiririk.
Masallı Regional Mədəniyyət İdarəsinin  baş məsləhətçisi Salman Yusifov bayram təbrikini edərək, Qarabağda və Vətən müharibəsində şəhid olmuş şəxslərin ailələri, qazilər, xüsusilə döyüşlərdə yaralananlar daim  dövlətimizin diqqət mərkəzində olub, onlara hər zaman maddi və mənəvi dəstək göstərildiyini qeyd etdi.
Daha sonra Fidan Abbaslı hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti, bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir söylədi. Qalereyanın direktor əvəzi Təhmasib Məcidov da öz növbəsində qonaqları Novruz bayramı münasibəti ilə təbrik edərək, ürək sözlərini ifadə etdi.
Tədbirin sonunda mart ayında doğum günü olan şəhidlərin valideynlərinə və qazilərə “Təşəkkürnamə”lər təqdim olunaraq, şəhid övladlarına hədiyyələr verildi. Qonaqlar bayram süfrəsi arxasında səmimi söhbətlər etdilər.

Keçidlər