Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda badımcan sahələri genişləndirilir

19 mart 2022 | 16:00

Öncəqala ərazisinin Hüseynhacılı kənd sakinləri uzun illərdir ki, tərəvəzçilikdə önəmli yeri olan badımcan əkininə diqqəti artırır və uğurlu nəticələrə nail olurlar. Fermerlər bu il də faraş badımcan əldə etmək üçün səylərini artırırlar. Öncəqala ərazi nümayəndəliyindən aldığımız məlumatda göstərilir ki, indiyə kimi on hektara yaxın sahədə örtük altına badımcan şitili köçürülüb. Fermerlərdən Nasir Əliyev, Emil və Cəmil Əliyevlər, Tofiq Həmidov və başqaları qonşu kəndlərdə icarəyə götürdükləri torppaqlarda da örtük altında badımcan yetişdirirlər.

Keçidlər