Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı ekskursiya

31 mart 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı ekskursiya təşkil edildi.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı  ekskursiya təşkil edildi. Ekskursiyada Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak etdilər.
Adı çəkilən məktəb şagirdləri Muzey direktoru Əntiqə Tağıyeva tərəfindən regionun tarixi, adət-ənənələri, milli dəyərləri, tanınmış ziyalıları, müharibə iştirakçıları, Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar almış oldular. Eyni zamanda məktəblilərə milli adət-ənənələrə hörmətlə yanaşmağ, vətənpərvər, milli şüura bağlı yetişmələri barədə faydalı tövsiyələr verildi.

Keçidlər