Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti tarix dərsi

31 mart 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti tarix dərsi keçirildi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycanlıların Soyqırım Günü ilə bağlı növbəti tarix dərsini Şəhid Əsgərli İntiqam adına Masallı şəhər 3 saylı tam orta məktəbində keçirtdi. Dərsdə məktəbin səkkizinci sinif şagirdləri iştirak etdilər.
İlk öncə soyqırım qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin elmi işçisi Dilgüşə Məmmədova terrorist, qəsbkar erməni millətçilərinin son iki yüz ildə Azərbaycan xalqının başına gətirdikləri faciələr,  soyqırımlar barədə geniş məruzə etdi.  D. Məmmədova bütövlüklə ermənilərin Azərbaycan xalqına qarşı yönəlmiş bütün soyqırımları ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu dedi.
Muzeyin direktoru Əntiqə Tağıyeva  1918-ci ilin mart- aprel aylarında yaşanmış soyqırım hadisələri, xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini bölüşərək sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə böyük cəhdlər göstərilsə də, bu mümkün olmadı nəhayət, həqiqətlər üzə çıxdı söylədi. Tağıyeva hər şeydən əvvəl  şagirdlərə  vətənpərvər, mübariz olmağı tövsiyə edərək soyqırım qurbanlarının xatirəsini əziz tutub, bir daha başımıza belə müsibətlər gəlməsin deyə bir olmağı arzu etdi.
Sonra şagirdlər 31 mart soyqırımına aid foto materiallarla  tanış olaraq mövzu ilə bağlı onları maraqlandıran məsələlər ətrafıda  geniş fikir mübadiləsi etdilər.

Keçidlər