Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

01 aprel 2022 | 16:00

Aprelin 1-də Masallı şəhər 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
Mərkəzin bələdçisi Şəfa Xəlilova şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Şagirdlər həmçinin Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında Aprel döyüşlərinin 6-cı il dönümü ilə əlaqədar “Zəfərin təməli” layihəsi çərçivəsində “Lələtəpə əməliyyatı - Aprel döyüşləri” animasiya filminə baxıblar. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb.

Keçidlər