Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel Şəhidi Firdovsi Bağırzadənin ailəsini ziyarət

04 aprel 2022 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Güllütəpə kəndində yaşayan Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin ailəsini ziyarət ediblər.

Görüşdə Mərkəzin əməkdaşları şəhidin anası Sehranə xanımla söhbət apararaq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın iftixar yeridir.

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Firdovsi Bağırzadənin anası oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşlərindən danışıb.

Sonda Mərkəzin əməkdaşları Firdovsi Bağırzadənin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb və onun ruhuna dualar oxuyublar.

Keçidlər