Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərlə maarifləndirici görüş

04 aprel 2022 | 16:00

04 aprel 2022-ci il tarixində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evi SXM-də “Gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hislərinin artırılması məqsədilə təbliğat xarakterli  ideoloji görüş” adlı tədbir keçirilmişdir.
Tədbiri Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tərlan Şahverdiyev açmışdır.
İlk öncə Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və sonra, tədbirin məqsədinin məktəbli gənclər arasında vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması və vətənə məhəbbətin artırılması barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Əyyub Mehtiyev, Şəhid atası Rauf Həsənov, Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, Azərbaycan Yazıçılar birliyinin üzvü, şair Nurməmməd Ağayev və II Qarabağ müharibəsi veteranı Ceyhun Qurbanov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasəti, rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan ordumuzun, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu barədə söhbət etmişdirlər. Gənclərimizin zərəli vərdişlərdən yayınması düzgün vətənpərvər ruhda formalaşması üçün təbliğat xarakterli tövsiyyələr verilmiş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğıdan  eyni zamanda rayonda gedən abadlıq-quruculuq işlərindən gənclərə bəhs edilmişdir.
Tədbiri Tərlan Şahverdiyev yekunlaşdırmışdır.

Keçidlər