Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub

05 aprel 2022 | 16:00

05 aprel 2022-ci il tarixdə Masallı Xalq teatrında Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub.
Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü , Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kolleci kollektivlərinin iştirakı ilə səhnəyə qoyulan tamaşada Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli qardaşlarının obrazları yaradılaraq döyüş şücaətləri tərənnüm olub. N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində reallaşan nümayişdə rayon rəsmiləri, şəhid doğmaları, media işçiləri mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.
         Yazıçı-publisist Nurəddin Ədiloğlunun pyesi əsasında səhnələşdirilən tamaşanın nümayişindən əvvəl şəhid qardaşların xatirələri ehtiramla yad olunub.  Sonra şəhid qardaşların həyatı və döyüş         yolu barədə çıxışlar edilib, Aprel döyüşlərində əldə edilmiş qələbənin hərbi-siyasi və strateji         əhəmiyyətindən söz açılıb. Daha sonra "Bir şəhid, bir şahid" tamaşası oynanılıb.
         Tamaşada Aprel döyüşləri, həmçinin Vətən müharibəsində qazanılan tarixi Zəfəri əks etdirən səhnələrə yer verilib, ordumuzun əsgər və zabitlərinin igidliyi obrazlı şəkildə ifadə olunub. Eyni zamanda, Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin igidliyindən bəhs edən monoloqlar deyilib, şeir kompozisiyaları səsləndirilib.
         Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə hazırlanan tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.
Eyni zamanda tamaşada Biləsuvar və Cəlilabad rayonlarının Mədəniyyət İdarələrinin əməkdaşları iştirak etmişdirlər.

 

Keçidlər