Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili” ilə əlaqədar növbəti tədbir

05 aprel 2022 | 16:00

Masallı Tarix- Diyarşünaslıq Muzeyində “Şuşa ili” ilə əlaqədar növbəti tədbir keçirildi.
Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Şuşa ili” ilə əlaqədar “Şuşa söhbətləri” başlığı altında tədbir keçirildi. Tədbir Binə-Xocavar kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçdi.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Muzeyin direktoru Əntiqə Tağıyeva Şuşanın tarixi, Şuşa şəhərinin salınması və mədəniyyəti  haqqında şagirdlərə ətraflı məlumatlar verdi.
Sonra şagirdlər  muzeyə ekskursiya etdilər. Muzey əməkdaşları şagirdləri bölgəmizin tarixi, qədim adət-ənənələri, milli dəyərlər və vətən qəhrəmanları haqqında olan guşələrlə tanış  edərək geniş məlumatlar vermiş oldular.

Keçidlər