Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda aprel döyüşləri şəhidlərinin ailələri ziyarət olundu

05 aprel 2022 | 16:00

05 aprel 2022-ci il tarixdə Aprel döyüşləri şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadənin ailə üzvləri ziyarət olunub.
Ailələri ziyarət edən Masallı rayon İcra Hakimiyyəti başçının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ailələrin vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib, şəhid ailələrinin daim dövlətin diqqətində olduğunu vurğulamışlar.
Şəhid ailələri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər