ƏRKİVAN QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞ
03 fevral 2016-cı il tarixdə Masallı rayon Ərkivan qəsəbəsində Masallı rayon İcra hakimiyyəti başçısının səyyar görüş-qəbulu keçirilmişdir.
Ərkivan ərazisi Ərkivan və Allahyarlı yaşayış məntəqələrindən ibarətdir. Ərazinin 17847 nəfər əhalisi, 2315 ha ümumi torpaq sahəsi və 955 ha pay torpaq sahəsi vardır.
Həmçinin ərazidə 5 tam orta məktəb, 1 ibtidai məktəb, 1 sağlamlıq mərkəzi, 1 uşaq bağçası, 2 qəsəbə kitabxanası, 1 poçt və 1 ATS fəaliyyət göstərir.
Ərkivan ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı surətlənməsini, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı şərh vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş, ərazidə yaşayan əhalini narahat edən məsələləri, qəsəbə sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Qəsəbənin ziyalılarından Mənijə Yəhyayeva, Füzuli Qurbanov ağsaqqallardan Şərafət Əzimov, Mərdan Nəzərov qəsəbə sakinlərindən İntiqam Vəlyev, Şərqiyyə Şahbazova və başqaları çıxış edərək Həsənküçə, Zeynoba, Bağlaküçə küçələrinə asfalt örtüyünün döşənməsinə, Qəsəbənin məhəllədaxili yollarına qum-çınqıl döşəməsinə, Su aparıcı kanalların təmizlənməsinə, Masallı-Ərkivan yolunun yenidən qurulmasına, ərkivan qalası kompleksinin başa çatdırılmasına, Masallı-yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsinin genişləndirilməsinə və Masallı-Ərkivan yolunun işıqlandırılmasına görə qəsəbə əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin əsaslı təmirinə, Pələnküştə küçəsində su aparıcı arxların təmizlənməsinə, qəsəbəaxili yolların qum-çınqılla döşənməsinə, Qızılaküçə küçəsində transformatorun dəyişdirilməsinə, Ərkivan qəsəbəsində idman şəhərciyinin tikilməsinə və Ərkivan qəsəbə Mədəniyyət evinin əsaslı təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.