Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə” Milli İntellektual oyunu

07 aprel 2022 | 16:00

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokuna start verildi        

          07 aprel 2022-ci il tarixdə “Dəfinə” məktəb-liseyində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər kuboku" na start verildi.
       Yarışın ilk günündə 8 məktəb komandası mübarizəyə qoşuldu. Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Şəhər 6 saylı tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq finala vəsiqə qazandı.
Qeyd edək ki, təşkil edilən yarışda 8 qrupda 64 tam orta ümumtəhsil məktəbinin komandası mübarizə aparacaq, hər qrup üzrə birinci yeri tutan məktəb komandası may ayında keçiriləcək final mərhələsində mübarizə aparacaq.

Keçidlər