Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qəhrəmanlarımızı tanıdaq” layihəsi davam edir

08 aprel 2022 | 16:00

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Vəliyev Məhəmməd Nail oğlunun ailəsini ziyarət etmişlər. Ziyarət zamanı əsgər Vəliyev Məhəmməd Nail oğlunun keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailənin qayğıları dinlənilib.

Şəhid əsgər Vəliyev Məhəmməd Nail oğlu 27 iyun 1996-cı ildə Masallı rayonunun Sarıcəfərli kəndində anadan olub. 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel  ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Vəliyev Məhəmməd Nail oğlu 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan ll Qarabağ Müharibəsi zamanı Füzuli və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şəhid Vəliyev Məhəmməd Nail oğlu “Qubadlının Azad Olunması”, “Füzulinin Azad Olunması” və “Vətən Uğrunda” medalları ilə təltif olunmuşdur.

Keçidlər