Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu

08 aprel 2022 | 16:00

08 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında vətəndaşların növbəti  qəbulu keçirilmişdir.

Növbəti qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynovun keçirdiyi qəbulda 20 nəfər vətəndaş — Mirzəyev Nurəddin Cəbrayıl oğlu, Abdullayev Abdulla Feyzi oğlu, Camalov Surac İltifat oğlu, Mehrəliyev Azad Məlik oğlu, Xəlilov Hamil Cəlil oğlu, Ələkbərov Pənalı Hilal oğlu, Xəlilov Azər Mirsaleh oğlu, Mirzəyev Qədir Mirzə oğlu, Həşimov Muxtar Mozu oğlu, Mikrzəyev Vasif Mirzə oğlu (və 6 nəfər qpup halında), Məlikov Əliheydər İsmayıl oğlu, Əjdərli Sirus Elxan oğlu, Eminov Tofiq İsa oğlu və Eminov Rəyasət Əliş oğlu iştirak etmiş, əsasən maddi kömək, subasma, bələdiyyə, pay və örüş torpağı, həyətyanı torpaq sahəsi, ev problemi, iş ilə təminat, pensiya məsələsi, səhiyyə ilə, yaşayış yerindən arayış verilməsi, özünəməşğulluqla və s. bağlı müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olunmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

Keçidlər