Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sənaye məhəlləsi yaradılır

05 fevral 2016 | 16:00

Sənaye məhəlləsinin yaradılması imkanlarının araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin nümayəndələri Masallı rayonunda olub, sənaye məhəlləsinin yaradılması üçün təklif edilən əraziyə baxış keçirilib, müvafiq infrastrukturun yaradılması imkanları araşdırılıb.
Sonra yerli icra hakimiyyəti orqanlarının, sahibkarların iştirakı ilə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və rayonun iqtisadi potensialından səmərəli istifadə edilməsində özəl bölmənin rolunun artırılması məsələləri müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov regionlarda sənaye məhəllələrinin yaradılması, sənaye sahəsində məşğulluğun artırılması ilə bağlı dövlət başçısının tapşırıqları, eləcə də Azərbaycan Respublikasının Prezidentinin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 8 yanvar 2016-cı il tarixli Fərmanına uyğun olaraq, sahibkarlara təqdim edilməsi nəzərdə tutulan güzəştlər və onlardan yararlanma yolları barədə məlumat verib.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf sənaye məhəlləsinin üstünlükləri və təklif olunan xidmətlər barədə danışıb, sahibkarların suallarını cavablandırıb.
Sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, Sənaye Məhəlləsində həyata keçirilə biləcək investisiya layihələri barədə təkliflərini bildiriblər.

Keçidlər