Şriftin ölçüsü :

Saytın rəngi :

İslam həmrəyliyinin Azərbaycan modeli

08 aprel 2022 | 16:00

08 aprel 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə kitabxana əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, müstəqillik qazanandan sonra İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olub. O, qeyd edib ki, Heydər Əliyevin İslam dininə münasibəti, onun Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra prezidentlik səlahiyyətlərini yerinə yetirmək üçün 1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimindəki nitqində açıq şəkildə ifadə olunmuşdur.
Kitabxananın digər əməkdaşları Nahidə Fərəcova və Bilqeyis Məmmədova öz çıxışlarında diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dövlət başçımızın humanistlyinin göstəricisidir. Ulu öndər Heydər Əliyev İslam dininn mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək olar.

Keçidlər