Şriftin ölçüsü :

Saytın rəngi :

Zona fənn olimpiadası

12 aprel 2022 | 16:00

Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji kolleci və Masallı Dövlət Regional kollecinin tələbələri iştirak etmişdir.
Olimpiadada Masallı rayonunun iki məktəblisi - Dəmirçi kənd ümumi orta məktəbinin IX sinif şagirdi Şükürlü Fəridə Asim qızı coğrafiya, Köhnə Alvadı kənd Əlihasil Əsgərov adına tam orta məktəbin X sinif şagirdi​ Əliyev Adəm Ağəli oğlu isə fizika fənni üzrə III yerə layiq görülmüşlər.

Keçidlər