Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli kəndi ərazisində səyyar-görüş qəbulu

13 aprel 2022 | 16:00

    13 aprel 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Həsənli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
      Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
     İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
     Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Hidayətov Hidayət Malik oğlu, Hüseynov Hüseyn Gülhüseyn oğlu, Kərimov Arif Tapdıq oğlu, Bəşirova Şükranə Bəşir qızı, Qafarov Bəhruz Səxavət oğlu, Museyibova Asudə Museyib qızı, Musayeva Xeyrənisə Maqsud qızı, Vəliyeva Gülbacı Qulamhüseyn qızı, Vəlişov Qardaşxan Muxtar oğlu və başqaları Həsənli kənd tam orta məktəbinin təmiri, uşaq bağçasının yeni binasının tikintisi, məktəblərdə işlə təmin olunması, yol təmiri, Həsənli-Köçəkli yoluna asfalt vurulması, əraziyə içməli su xəttinin çəkilməısi, aliment ala bilməməsi, torpaq verilməsi, quyu qazılması, fərdi yaşayış evinin tikintisinə və qəbirüstü məzar daşına kömək göstərilməsi, kənddə həkimin çatışmaması, işıqların tez-tez yanıb-sönməsi və s. məsələlər barədə müraciət etmişlər.
    Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər