Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə - gələcək inkişafın bünövrəsidir” adlı layihəsi

14 aprel 2022 | 16:00

Masallı Şəhər Gənclər Evi Sosial Xidmət Müsəssisəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Valideyn-Müəllim Assosiyasiyası” ictimai birliyinin “Ailə - gələcək inkişafın bünövrəsidir” adlı layihəsi üzrə növbəti tədbiri keçirib. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin Başçısı adından salamlayaraq, mövzunun çox aktual oldugunu bildirmiş, iştirakçılara ugurlar arzulamışdır. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif ailələri təmsil edən valideynlər iştirak etmişdir.
Layihə rəhbəri, AVMA icraçı direktoru Şahin Rəcəbov çıxış edərək layihənin məram və məqsədləri barədə danışaraq, dövlətin sütunu olan ailə institutunun üzləşdiyi müxtəlif problemlər, ailə dəyərlərinə təsir edən amillər, cəmiyyətin bu istiqamətdəki narahatçılıqları, valideynlərarası münasibətlər, valideyn-övlad münasibətləri, valideyn məsuliyyəti və s. bu istiqamətdəki problemlər, çıxış yolları barədə ətraflı məlumat vermişdir.
Qarşılıqlı müzakirə şəklində keçən görüşdə  ailələlər öz ailə təcrübələri barədə fikirlərini bölüşüb, ailə dəyərlərinə təsir edən amillər və bu dəyərləri qorumaq, ailələri möhkəmlətmək üçün müxtəlif maraqlı təkliflərlə çıxış ediblər.
Daha sonra layihə heyəti rayonun nümunəvi ailələrindən sayılan İlqar Sadıqovun ailəsində qonaq olmuş, bu ailədə ailə dəyərlərinə olan münasibət, nümunəvi ailənin təcrübəsi barədə reportaj hazırlaymışlar. Layihə üzrə artıq Şəmkir, İsmayıllı, İmişli, Şirvan və Masallıda tədbirlər ugurla başa çatmış, növbəti tədbirlər Qusar rayonunda davam etdiriləcəkdir. Qonaqlar mühün bir layihəyə dəstəyinə görə QHT-lərə Dövlər Dəstəyi Agentliyinə, təşkilati dəstəyə görə Prezident Administrasiyasına, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Masallı Rayon İcra hakimiyyətinə, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin rəhbərliyinə minnətdarlığını bildirmişlər.

Keçidlər