Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda vətəndaşların növbəti qəbulu

15 aprel 2022 | 16:00

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir

15 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 70 nəfərə yaxın vətəndaş — Nəsirov İnqilab Qulam oğlu, Əhədzadə Ruzbeh Muxtar oğlu, Ələkbərov Pənah Hilal oğlu, Mirzəyev Tarqulu Tərlan oğlu, Fətullayev Mirzəli Mirəli oğlu, Eminov Əlş Rəyasət oğlu, Əmişov Samir Əmirzadə, Məmmədova Ağanənə Musa qızı, Ələkbərova Günel Musa qızı, Hacıyev Lazım Vəlişan oğlu, Abdullayev Nurəddin Əli oğlu,  Əsədov Oruc Əsəd oğlu, Əmənov Habil Sabir oğlu, Mayılova Gülzar Məhərrəm qızı, Nurəliyeva Aytəkin Rizvan qızı, Ağarəhimova Lela Alxas qızı, Hacıyeva Qəmər Əliağa qızı, İsgəndərov Ələsgər Barat oğlu, Mirzəyeva Ağanisə Abduləhəd qızı, Mayılov İmanverdi Allahverdi qızı, Əsədova Sona Səfərəli qızı, Cabbarov Hakim Nəcəf oğlu, Paşayeva Gültəkin Tofiq qızı, Abdullayev Maqsud Ağaxan oğlu, Heydərova Samirə Ağaxan qızı, Muradov Həzərxan Əmrəli oğlu, Yaqubov Namik Niftulla oğlu, Bayramov Cəbrayıl Hənifə oğlu, Əzimov Məhəmməd Əzim oğlu, Məmmədov Cavad Habil oğlu, Məhərrəmova Xuraman Əlisahib qızı, Feyzullayeva Şəfa Eynulla qızı, Məmmədova Sevinc Fikri qızı, Cəfərova Gülmirə Ədalət qızı, Əliyev Kamran Abasqulu oğlu, Abdullayev Elmin Mahir oğlu, Xırmandalı kəndindən olan bir qrup şəxslər və başqaları iştirak etmiş, əsasən ünvanlı dövlət sosial yardımı, xəstə oilması, müalicə olunması, maddi kömək, pensiya təyinatı, kəndə qaz xətti çəkilişi, paybəlli və həyətyanı torpaq, örüş sahəsi təyin edilməsi, şəxsi evlərinin təmiri, subasma, su kanalının korlanması, yol, qaz xətti və işıq problemi, yolun təmiri, işinin dəyişməsi, iş ilə təminat və məşğulluqla bağlı və s. müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

Keçidlər