“Masallı rayonunda YAP fəalları ilə görüş keçirilmişdir ”
19 fevral 2013-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyasının fəal üzvləri ilə görüş keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini,İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Hadı Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP Mərkəzi Aparatının nümayəndəsi Kamal Seyidov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq gələn qonaqları və tədbir iştirakçıların salamlamışdır.
S.Əliyev nitqində bildirmişdir: Hər birimizə yaxşı məlumdur ki, tarixi zəruriyyətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisasdiyyatımızın inkişaf etdirilməsi, demokrartiyanın bərqərar olunması ilə bağlı əsas rolu öz üzərinə götürmüşdür.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən də 2012-ci il ərzində görülmüş işlərlə bağlı qısa məlumatı diqqətinizə çatdırıram.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 91 ərazi ilk partiya təşkilatında 8805 nəfər partiya üzvünü ətrafında birləşdirir.Bunların 732 nəfəri 2012-ci il ərzində partiya sıralarına qəbul edilmişdir. Pariya üzvlərinin 2377 nəfəri qadın, 2549 nəfərini gənclər təşkil edir.2012-ci ildə partiya sıralarına qəbul edilən 732 nəfərin 258 nəfərini qadınlar, 399 nəfərini gənclər təşkil etmişdir.Partiyanın proqram və nizamnaməsinə uyğun olaraq il ərzində mütəmadi olaraq İdarə Heyətinin və Şuranın yığıncaqları keçirilmiş, görülən işlər təhlil olunub qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.Təşkilatımız üçün il ərzində ən əlamətdar hadisə partiyamızın yaranmasının 20 illik yubileyi və rayon təşkilatımız üçün əzəmətli binanın inşasına başlanılması olmuşdur. Son tamamlama işləri aparılan binaya görə Prezidentimiz Partiyamızın sədri İlham Əliyev cənablarına dərin minnətdarlıq ifadə olunmuşdur.
Sonra Yeni Azərbaycan Partiyasının sədr müavini,İcra katibi, millət vəkili Əli Əhmədov geniş nitq söyləmişdir.Onun çıxışında bir sıra məqamlara toxunulmuş, partiyanın cari məsələləri ilə bağlı fikirlər bildirmişdir.Qeyd olunmuşdur ki, müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə çox böyük inamla inkişaf edir. Ölkənin hər yerində olduğu kimi Masallı rayonunda da geniş quruculuq-abadlıq işləri uğurla həyata keçirilir.Azərbaycan əhalisinin mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkisində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevi müdafiə edcəkdir.Görüşdə çıxış edənlər bu fikri birmənalı təsdiq edərək, Masallı seçicilərinin əhval-ruhiyyəsinin yüksək olduğunu və seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi müdafiə edəcəklərini bildirmişlər.
Sonra Ə.Əhmədov partiya fəallarına bir sıra tövsiyyələr vermişdir.