Masallıda ictimaiyyət nümayəndələri ilə görüş
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırığına uyğun olaraq 06 fevral 2016-cı il tarixdə N. Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun rayon ictimaiyyəti ilə görüşü keçirilmişdir. Tədbirdə ölkə rəhbərinin əhali arasında məşgulluğunun təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, iqtisadiyyatının dinamik inkişafı, bölgələrin potensial imkanlarının, yerli resursların hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə olunmuşdur.
Görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Milli Məclisin deputatı Nəriman Əliyev, rayonun idarə-müəssisə və təşkilat, hüquq mühafizə orqanları rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar və rayon sakinləri iştirak etmişlər.
İlk öncə rayon rəhbərliyi qonaqlarla birgə Masallı şəhər Heydər Əliyev adına Parkda Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra qonaqlar Masallı şəhər heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, Masallı şəhərində yeni inşa edilmiş Tarix Diyarşünasliq Muzeyi və Uşaq İncəsənət Məktəbində gedən tikinti işləri ilə maraqlanmışlar.
N. Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində davam edən tədbiri Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov cənabları açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məruzə ilə çıxış etrmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən son müşavirələrdə yerli icra hakimiyyətləri strukturları qarşısına ciddi vəzifələr qoymuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır. Möhtərəm Prezidentin tapşırığına əsasən sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində üzərimizə düşən vəzifələr rayonumuzda da həyata keçirilməyə başlanmışdır. Rayonda əsasən ənənəvi əkin sahələri olan tərəvəzçilik, çayçılıq və faraş kartofçuluq sahələrinin inkişafı istiqamətində Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” holdinq tətərindən 150 hektar tərəvəz və 100 hektar çay plantasiyası salınmış, 800-ə yaxın yeni iş yeri yaradılmışdır. Bu ayın sonundan əhali sahələrə çıxacaq və işə başlayacaqdır. Həmçinin müasir istilikxana kompleksləri 11 hektara çartdırılmış, burada ümumilıkdə 150-yə yaxın iş yeri yaradılmışdır. Bundan əlavə əhalinin məşulluğunun artırılması məqsədilə təmir-tikinti, yaşıllaşdırma, abadlıq, enerji təchizatı, yol tikintisi və digər sahələrdə 1000-dən çox qeyri- məşğul əhali ödənişlı əsaslarla ictimai-faydalı əməyə cəlb ediləcəkdir.
Rayonda Regionların Sosial-iqtisadi İnkışafına dair Dövlət proqramları çərçivəsində görülən işlərə nəzər salan natiq bildirdi ki, son illərdə 47 məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 4 məktəbin tikintisi davam edir. 5 uşaq bağçası əsaslı təmir olunmuş, 3 bağçanın tikintisi başa çatmaq üzrədir. Bunların 6-sı daxili imkanlar hesabınadır. Son 4 il ərzində ümümilikdə daxili imkanlar və büdcədənkənar dıgər mənbəələr hesabına 12 həkim məntəqəsi tikilmiş, Boradıgah və Kalinovka sahə xəstəxanaları əsaslı təmir edilmiş, MRX-nın isə əsaslı təmirinə başlanmışdır. Hazırda 5 kənddə həkim məntəqəsinin tikintisi davam etdirilir.
Son illər mədəniyyət obyektlərində də əsaslı yenidənqurma və tikinti işləri aparılmış, Masallı şəhər Mədəniyyət evi, Heydər Əlıyev Mərkəzi isə yenidən tikilmişdir. Masallı Tarix Diyarşünaslıq Muzeyinin və Uşaq İncəsənət məktəbinin tikintisi sürətlə davam etdirilir. Həmçinin şəhərdə Viləş park – bulvar kompleksinin, Bayraq meydanının tikintisi davam edir. Masallı şəhər su-kanalizasiya sisteminin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur. Cənab Prezidentin göstərişinə əsasən Muğan zonasının 100 min əhalisini içməlı su ilə təmin etmək məqsədilə Viləşçay su anbarından içməlı su xəttinin çəkilməsinə başlanmışdır.
Ölkə başçısının Sərəncamlarına əsasən rayonumuzun kənd və qəsəbə yollarının yenidən qurulması həyata keçirilmiş, mavi qazın verilməsi prosesi 90 faizə çatdırılmaq üzrədir.
Ölkə başçısının müvafiq Sərəncamı ilə rayonumuzda Asan xidmət mərkəzinin və Asan Həyat komplekslərinin tikintisi həyata keçirilir. Bunun üçün möhtərəm Prezidentimizə Masallı sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarixi siyasətin nəticəsindən, ölkədə sahibkarlığın, sənayenin, əkinçiliyin və ümumən ölkədə gedən sosial-iqtisadi inkaşafdan bəhs etmişdir. Natiq ölkədə baş verən cinay hadisələri ilə bağlı fikirlərini səsləndirdi və qeyd etdi ki, son illər ölkədə cinayətkarlıq azalmış, insanların rifah halı yaxşılaşmışdır. Əhalinin sənədləşmmə işlərini daha san etmək məqsədi ilə yaranan ASAN XİDMƏT barədə geniş məlumat verən F. Ələsgərov bunun insanların xeyrinə olduğunu, korrupsiya faktlarının azaldılmasına xidmət etdiyini vurğulamışdır.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzov, Viləş Otel turizm şirkətinin icraçı direktoru Kübra Ələkbərova, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov, sahibkar İlkin Şükürov və başqaları çıxış edərək son illər ölkədə və rayonumuzda gedən sosial-iqtisadi inkişafdan, turizm, sahibkarlıq və aqrar sahənin inkişafından söhbət açdılar. Eyni zamanda da rayonumuzda olan mövcud problemləri səsləndirərək onların aradan qaldırılması istiqamətində köməklik göstərilməsini xahiş etmiş, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına Möhtərəm Prezident İlham əliyev cənablarına minnətdarlıqlarını bildirmiş, təklıflər irəli sürmüşlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tərbiri yekunlaşdıraraq bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul oldundu.