Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin yumşaq bacarıqlar (soft skills) üzrə bilik və bacarıqların artırılması” mövzusunda təlim

16 aprel 2022 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində “Gənclərin yumşaq bacarıqlar (soft skills) üzrə bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva təlim iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Biznes və Karyera planlaşdırılması üzrə peşəkar təlimçi Rafət Şirəliyev tərəfindən keçirilən təlimdə Masallı Dövlət Regional Kollecinin tələbələri və digər fəal gənclər iştirak ediblər.

Təlimdə gənclərə şəxsi bacarıqlar, ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünü ifadə etmək bacarıqları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verilib. Təlimin gedişatında mövzu ilə bağlı praktik çalışmalar həyata keçirilib.

Keçidlər