Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Sirli Abidələr” adlı tədbir

16 aprel 2022 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirildi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq “Sirli Abidələr” adlı tədbir keçirildi. Tədbirdə adıçəkilən müəssisələrin , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti üzrə Səlyan  Regional İdarəsinin Masallı rayon Şöbəsinin əməkdaşları, Gənclər İnkişaf Karyera Mərkəzinin(GİKM) üzvləri iştirak etdilər.
İlk öncə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışı zamanı qeyd etdi ki, tarixi abidələrimizin qorunması və gələcək  nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizə və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. O, bütün bunlar Azərbaycanın qlobal dünyada öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir dedi.
Muzeyin əməkdaşı Çingiz Qurbanov “Sirli abidələr” adlı məruzəsində dünya əhəmiyyətli abidələrlə yanaşı, ölkəmizin tarixi əhəmiyyətli abidələri haqqında geniş məlumatlar çatdırmış oldu.
Sonra işğaldan azad olunmuş ərazilərdəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşması və mühafizə tədbirləri barədə söz açan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Masallı rayon Şöbəsinin abidələrin mühafizəçisi Samir Mirzəyev  işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi- memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınmasının təşkilindən danışdı.
Daha sonra Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvinə apardığını qeyd edərək, tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, şagird və tələbələrin bu sahəyə aid bilgilərin artırmaq işinin vacib tərəflərindən danışdı. O, bu gün mədəni irsimizin qoruyub saxlanılması, qələcək nəsillərə çatdırılması işinin düzgün aparılmasında hər birimiz üzərimizə düşən məsuliyyətimizi dərk etməliyik dedi.
Tədbir iştirakçıları sonunda xatirə şəkilləri çəkdilər.

Keçidlər