Şriftin ölçüsü :

Saytın rəngi :

“ZƏFƏR” kubokunun D qrupu üzrə növbəti mərhələsi

18 aprel 2022 | 16:00

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun D qrupu üzrə növbəti mərhələsi keçirilib.

18 aprel 2022-ci il tarixdə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun D qrupu üzrə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin komandası ,Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin komandası, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin komandası, Ərkivan qəsəbə Ə.Bağırov adına 4 saylı tam orta məktəbin komandası , mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.
Xatırladaq ki, 20 aprel 2022-ci il tarixdə Banbaşı kənd C.Qasımov adına tam orta məktəbdə E qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Keçidlər