Şriftin ölçüsü :

Saytın rəngi :

"Cəsur Qardaşlar” adlı anım tədbiri

18 aprel 2022 | 16:00

Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində "Cəsur Qardaşlar” adlı anım tədbiri keçirildi.

Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və "Vətən müharibəsi Qəhrəmanı" İntiqam Əsgərli qardaşlarının "Cəsur Qardaşlar” adlı anım tədbiri keçirildi. 
  Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov, Masallı rayon Təhsil şöbəsinin əməkdaşları Samit İslamov və Hörmət Balakişiyev, Tarix-Diyarşunaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Şəhid ailələri, kənd ağsaqalları, ziyalılar və məktəb kollektivi iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
İlk öncə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Dəmirçi kənd ümumi orta məktəbin direktoru Aytən Şükürova qonaqları salamladı və tədbir haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, rayon təhsil şöbəsinin məsləhətçisi Hörmət Balakişiyev, kənd ağsaqqalı Mirhəsən Cəfərov, 2 şəhid anası Ziba Əsgərova, şəhid Vüsal Məhərrəmlinin atası Aslan Məhərrəmov, şəhid qardaşı Vüsal Məmmədov, təqaüdçü müəllim Rasim Əzimov və Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini İradə İmanbəyli çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli həyat yolundan, eyni zamanda belə tədbirlərin ənənə halı almasının vacibliyindən  geniş söhbət açdılar. Şagirdlər şəhid qardaşlar barədə şeirlər səsləndirdib, kompozisiya təqdim etdilər.
Tədbirdə məktəb rəhbərliyi tərəfindən təşkilatçı Gülər Qulamova və məktəbin 4 b sinfi "Cəsur Qardaşlar" fəxri fərmanı ilə təltif olundular. Şagirdlər vətənpərvər çıxışları ilə tədbir iştirakçılarını qürurlandırdı.

Keçidlər