Şriftin ölçüsü :

Saytın rəngi :

18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar yürüş

18 aprel 2022 | 16:00

18 apreldə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar yürüş təşkil edildi.
Yürüş Masallı Tarix-Diyarşünaslıq muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GIKM) Masallı nümayəndəliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Səlyan Regional İdarəsinin Masallı rayon şöbəsinin və Masallı Dövlət Rəsm Qalareyasının əməkdaşlarının iştirakı ilə birgə rayonun tarixi abidələrinə yürüş təşkil olundu. İlk olaraq Heydər Əliyevin abidəsini ziyarət edən yürüş iştirakçıları Ulu öndərin abidəsinin qarşısına gül dəstələri qoydular.
Daha sonra Masallı Rayonunun Qəhrəmanlar Parkı ziyarət edildi. Bütün dönəmlərdə vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmətlə yad olunaraq, ruhlarına dualar oxundu.
Sonra isə Masallı şəhəri ərazisində XIX əsr nümunəsi olan” Hamam” abidəsini və Ərkivan qəsəbəsində yerləşən Şah Səfi ocağını ziyarət etdilər. Yürüşdə iştirakçı olan müəssisə və təşkilat nümayəndələri insanların və xüsüsi ilə gənclərin diqqətini abidələrin, tarixi yerlərin qorunmasına yönəltmək  olduğunu qeyd edərək ,belə yürüşlərin davamlı olacağını tövsiyyə etdilər.

Keçidlər