Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA QANVERMƏ AKSİYASI

20 aprel 2022 | 16:00

MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLMİŞDİR

20 aprel 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının təşəbbüsü və iştirakı ilə talassemiyyalı və hemofiliya xəstələrə dəstək olaraq ümumrayon qanvermə aksiyası keçirilmişdir.

Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri və rayon sakinləri qana ehtiyacı olan insanlara  kömək məqsədilə bu nəcib aksiyaya qoşulmuşlar.
Xüsusi tibbİ briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunmuş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiya iştirakçıları bu kimi xeyriyyə tədbirinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildirmişlər.
Aksiyada toplanan qan ən çox talessimiya xəstələrinin və qana ehtiyacı olan digər xədstələrə müalicə məqsədilə təmənnasız istifadə olunacaqdır.

Masallı RMX hemototransfiziologiya kabineti tərəfindən deyilir ki, aksiya səhər saat 9-dan başlayıb. Rayonun bütün əraziləri, idarə və müəsissələrindən, eləcə də rayon sakinlərindən könüllü qan vermək istəyənlər bu yaxşı və xeyirxah ənənəyə qoşulublar.

Keçidlər