Şriftin ölçüsü :

Saytın rəngi :

“ZƏFƏR” kubokunun E qrupu üzrə növbəti mərhələsi

20 aprel 2022 | 16:00

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun E qrupu üzrə növbəti mərhələsi keçirilib.

   20 aprel 2022-ci il tarixdə Banbaşı kənd C.Qasımov  adına  tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun E qrupu üzrə mübarizə aparıb.

         Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Yeyənkənd   kənd Ə.İsmayılov adına tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.
Xatırladaq ki, 22 aprel 2022-ci il tarixdə Sığıncaq kənd M.Qarayev adına  tam orta məktəbdə F qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Keçidlər