“Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir”
12 fevral 2016-cı il tarixdə YAP Ərkivan ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına müvafiq olaraq 26 fevral Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə kəndin mərkəzində yerləşən şəhidlər abidəsi önünə tər gül-çiçək dəstələri düzərək şəhidləri ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə YAP Ərkivan ərazi ilk partiya təşkilatının sədri İsrail Tağıyev açmış, faciə qurbanlarının xatirəsi bir dəqidəlik sükutla yad edilmişdir. İ.Tağıyev qeyd etmişdir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.
YAP üzvü Məmmədağa Şiriyev çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir.
Tədbir iştirakçılarından Səfərəli Salehov çıxışında qeyd etdi ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də 26 fevral günü bütün ölkəmizdə hüzn günü, matəm günüdür. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır.
Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatının baş təlimatçısı Cəlal Əliyev öz çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan xalqının uzun müddət məruz qaldığı erməni təcavüzü haqda dolğun, tarixi faktlara əsaslanaraq dünya ictimaiyyətini düzgün məlumatlandırmaq, yalançı erməni soyqırımı iddiasını ifşa etmək məqsədilə hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciəni əks etdirən filmlər çəkilir, kitablar yazılır.
Sonra YAP üzvləri Şərafət Əzimov, Mənijə Yəhyayeva və başqaları Xocalı şəhərində törətdilmiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu və ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildirdilər.