Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonu Banbaşı ərazisində könüllü qanvermə aksiyası

12 fevral 2016 | 16:00

12 fevral 2016-cı il tarixdə Banbaşı tibb məntəqəsində Masallı rayon İcra hakimiyyəti və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Lənkəran Regional Qan Bankının əməkdaşları tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiyada 50 nəfərə yaxın ərazi sakini iştirak etmişdir.
    Onlardan ümumilikdə 8 litr qan götürülüb. Toplanılan qan laboratoriyada müayinə olunduqdan sonra bir hissəsi MRX-nin daxili bankına, qalan hissəsi isə Respublika Qan Bankına təhvil verilir və ondan talassemiyalı və hemofiliyalı, həmçinin xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaqdır.
    Qeyd edək ki, hazırda Masallı rayonunda 80 talassemiyalı,12 hemofiliyalı xəstə var.

Keçidlər