Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalininn tibbi müayinəsi davam edir

16 fevral 2016 | 16:00

16 fevral 2016-cı il tarixdə Masallı Mərkəzi rayon Xəstəxanasında əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən üçüncü ildir ki, ölkədə əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
15  fevral 2016-cı il tarixindən başlayaraq Masallı MRX-da əhalinin tibbi müayinəsi başlanmışdır. Aksiyanın birinci günü Əmək və Əhalinin Sosial-Müdafiə Mərkəzinin, rayon Statistika idarəsinin, Telekommunikasiya və digər idarə və müəssisələrinin işçiləri tibbi müayinədən keçmişlər. Onlardan 100 nəfər ambulator müalicəyə qəbul olunmüş, 9 nəfər stasionar müalicəyə qəbul olunmuş və 4 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
O cümlədən Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanalarında da əhalinin tibbi müayinəsi aparılmaqdadır.
Müayinəyə gələnlər laboratoriya, USM, rentgen və başqa tibbi xidmətlərdən istifadə etmişlər.
Tibbi müayinə zamanı ümumilikdə 1405-ə yaxın rayon sakini tibbi müayinədən keçmişdir.

Keçidlər