Rayon İcra hakimiyyətinin başçısının Masallı şəhər 3 saylı tam orta məktəbdə IX-X və XI sinif şagirdləri ilə görüşü
Rayon İcra hakimiyyəti başçısının tərtib etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində IX-X və XI sinif şagirdləri ilə görüşlər keçirilir. Belə tədbirlərdən biri də 20 fevral 2013-cü il tarixində Masallı şəhər 3 saylı tam orta məktəbində təşkil olunmuşdur.
Görüşdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Rayon Təhsil şöbəsinin müdiri Astan İbişov, Gənclər və idman idarəsinin rəisi Camal Manafov iştirak etmişlər.
Görüşü məktəbin direktoru Fəxrəddin Talıbzadə açaraq, iştirakçılara məktəb haqqında məlumat vermişdir. Şagirdlərlə görülən işlər barədə, gənclərin asudə vaxtlarının səmərəli kecirilməsi haqqında, valideyinlərlə kecirilən VMA-nın işi haqqında məlumat vermişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək qeyd etdi ki, xalqımızın “Ümummilli” lideri Heydər Əliyevin ugurlu siyasətinin davamçısı möhtərəm prezdentimiz İlham Əliyev bu gün də gənclərə böyük diqqət və qayğı göstərir. Gənc idmancılarımızın olimpiya yarışlarında qazandıqları nailiyyətlər Azərbaycan gənclərinə göstərilən qayğının nəticəsidir.
Görüşdə şəhər 3 saylı tam orta məktəbin şagirdlərindən Məsud Səfərli, Orxan Hüseynli, Aytac Fərəcova, Xəyalə Abıyeva, Sevinc Quliyeva, Sevil Nemətova, Ayalə Babazadə, Şəhla Məmmədova və başqaları çıxış edərək Telestudiyanın olması, Qızlar mərkəzinin yaradılması, Kitabxanaya bədii ədəbiyyatın verilməsi, şagirdlərin ekskursiyalara getməsinin təşkili, Tarix dərsləri üçun əyani vəsaitlərin artırılması, Əmək dərslərində tikiş maşınlarının olmaması, Musiqi dərslərində musiqi alətlərin olmaması kimi təkliflərini vermişlər.
Şagirdlərin suallarını rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və rayon təhsil şöbəsinin müdiri Astan İbişov cavablandırmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov gənclərə görüşdə aktiv iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirmişdir.