Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalininn tibbi müayinəsi sahə xəstəxanalarında da uğurla davam edir

22 fevral 2016 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən ölkədə əhalinin pulsuz tibbi müayinəsi uğurla davam etdirilir.
       Masallı rayon Boradigah qəsəbə sahə xəstəxanasında da əhali tibbi müayinədən uğurla keçirilir.
Aksiyada Boradigah qəsəbəsi ilə yanaşı ətraf ərazilərin - Mahmudavar, Hişkədərə, Türkoba, Tüklə, Miyankü və.s ərazilərin sakinləri tibbi müayinədən keçirilir.
      Tibbi müayinədən keçənlərdən 83 nəfər ambulator, 13 nəfər stasionar müalicəyə qəbul olunmuş və 1 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
      Müayinəyə gələnlər laboratoriya, USM, rentgen və başqa tibbi xidmətlərdən istifadə edirlər.
      22 fevral 2016-cı il tarixədək Masallı rayon Boradigah qəsəbə sahə xəstəxanasında keçirilən tibbi müayinə zamanı ümumilikdə 2500-ə yaxın ətraf ərazilərin sakini tibbi müayinədən keçmişdir.

Keçidlər