Xocalı-tariximizin qanlı yaddaşı
23 fevral 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 26 fevral Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərdiyini bildirdi.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti, tarixçi Əyyar Burhanov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə şöbəsinin əməkdaşı Kamil Baöırov, Müharibə vetiranı, Ehtiyyatda olan Zabitlər Konfederasiyasının Masallı rayon şöbəsinin sədr müavini Cəmaləddin Məmmədov və başqaları çıxış edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.
Sonda Xocalı faciəsini əks etdirən "Xocalı harayı" adlı vidioçarx nümayiş etdirilib.