Xocalı faciəsi ilə əlaqədar “Rəsm və İnşa-yazı" müsabiqələri
23-24 Fevral 2016-cı il tarixlərdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin rayon Təhsil şöbəsi ilə birgə təşkil etdiyi 14-29 yaşlı gənclər və tam orta ümumtəhsil məktəbləri arasında 26 fevral Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda “Rəsm və İnşa-yazı” müsabiqələri keçirilmişdir.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırdı.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Rəsm müsabiqəsində Dəmirçi kənd ümumi orta məktəbin şagirdi Mənsimova Gülçin Rasim qızı birinci yerə, F.Xancanov adına Müsaküçə kənd tam orta məktəbin şagirdi Şahverdiyeva Hafisə Hüseyn qızı ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin şagirdi üçüncü yerlərə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində isə S.Tağıyev adına 4 saylı Digah tam orta məktəbinin şagirdi Ağayeva Zümrüd İsrafil qızı birinci yerə, S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbinin şagirdi Əsgərova Elnarə Tehran qızı ikinci yerə, , Həsənli kənd tam orta məktəbinin şagirdi Vəlişova Səkinə Ağalar qızı üçüncü yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin şagirdi Əliyeva Arzu Çinar qızı isə üçüncü olublar.
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.