Şriftin ölçüsü :

Saytın rəngi :

YEYƏNKƏND KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

21 fevral 2013 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 20.02.2013-cü il tarixdə Yeyənkənd ərazisində keçirilmişdir. Yeyənkənd ərazisi Yeyənkənd, Abasbəyli, Xəlfələr və Allahyarlı yaşayış məntəqələrindən ibarətdir. Ərazinin 3454 nəfər əhalisi, 682 ha ümumi torpaq sahəsi və 287 ha pay torpaq sahəsi vardır.

Həmçinin ərazidə 1 tam orta məktəb, 1 ibtidai məktəb, 1 həkim və 1 tibb məntəqəsi,     1 kənd klubu, 5 kənd məscidi, 4 xidmət obyekti, 1 poçt və 1 ATS fəaliyyət göstərir.

Yeyənkənd ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı surətlənməsini, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı şərh vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş, ərazidə yaşayan əhalini narahat edən məsələləri, kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.

Kənd ziyalılarından İmaməddin Teymurov, Əfsər Abbasov ağsaqqallardan Mirhəsən Əhmədov, Məhrəməli Teymurov kənd sakinlərdən  Albaba Həşimov, Qəhrəman Eyvazov və başqaları çıxış edərək ərazinin kəndlərində su ötürücü kanlaları təmizlənməsinə, kəndarası yolların qum-çınqılla təmir olunmasına, Yeyənkənd kənd orta məktəbinin həyətində yaşıllıq zolaqlarının salınmasına, ərazi nümayəndəliyinin inzibati binasında “Azərbaycanın dünəni və bu günü”nə aid lövhələrin hazırlanmasına, ərazi nümayəndəliyinin inzibati binasının qismən təmir olunmasına, Yeyənkənd, Abasbəyli və Allahyarlı kəndlərinin qazlaşdırılmasının davam etdirilməsinə, ərazinin abadlıq-quruculuq işləri aparılmasına və istirahət məqsədilə çayxana binasının tikilib istifadəyə verilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər Yeyənkənd ərazisinin kəndlərində kəndarası yollarının qum-çınqılla təmir olunmasına, ərazidə yerləşən məktəblərin həyətlərində yaşıllaşdırma işlərinin aparılmasına, ərazinin mərkəzi yolunun və kəndarası yolların kənarlarındakı su ötürürcü kanallarının qazılıb təmizlənməsinə, ərazinin girişində və digər yerlərində təmizlik və abadlıq işlərinin aparılmasına, Ərazinin Allahyarlı kəndində fəaliyyət göstərən ibtidai məktəb üçün binanın tikilməsində, Yeyənkənd həkim məntəqəsi üçün binanın tikilməsinə, elektirik təsərüfatında istismar müddətini keçmiş yarasız elektirik dirəklərinin dəyişdirilməsinə, Yeyənkənd, Abasbəyli və Allahyarlı kəndlərində qaz çəkilişinin yekunlaşdırılması və Xəlfələr kəndinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər